Röya əkizlərə belə cavab verdi: Ay qızlar, durun... - FOTO, VİDEO

17-07-2018, 13:48
10 667
Röya əkizlərə belə cavab verdi: Ay qızlar, durun... - FOTO, VİDEO

Müğənnilər Sevil-Sevinc Səfərova bacılarının "ATV Maqazin Onlarla" proqramının "Hit Parad" rubrikasında səsləndirdiyi fikirlər şou-biznes aləmini vurub.

Tolik, Murad Arif və Xatirə İslamdan sonra Röya Ayxan da əkizlərə cavab verib.

Prodüser Tarix Əliyevin "Deyirəm ki, ay Röya, sən nə ağıllı qadınsan. Deyirsən, məndən danışmayın, adımı çəkməyin", sözlərindən sonra məlum oldu ki, əməkdar artist sözügedən proqrama adının çəkilməsinə qadağa qoyub. Röya "İnstagram"da məsələyə belə münasibət bildirib: “Olmadı ki... Ucuzlaşmayaq! Mən istəmədim ki, kimsə məni müzakirəyə qoysun. Ona görə də dostcasına aramızda danışmışıq. Mən satılmıram”.
Röya növbəti paylaşımında Aygün Kazımovanı “Nömrə 1” adlandıran, Murad Arifin "Oppalara" bəstəsini bəyənməyən əkiz bacılara belə mesaj göndərib. 

“Ay qızlar, durun gedək oppalara”, - deyə “Instagram Story”də paylaşım edib.

скачать dle 12.1
Xəbər lenti