Blogerdən Elnarə Abdullayevaya sərt sözlər: "Cahil düşüncələrinizi bizə sırımayın!"

11-02-2023, 16:15
9 243
Blogerdən Elnarə Abdullayevaya sərt sözlər: "Cahil düşüncələrinizi bizə sırımayın!"

Bloger Günel Rəhimova sosial şəbəkədə Əməkdar artist Elnarə Abdullayevanı sərt tənqid edib.

Bloger müğənninin efirdə səsləndirdiyi “Kişi gəzib gələndə qadın mehriban olmalıdır” sözlərinə cavab olaraq bildirib:

“Ölkəmizdəki savadsızlıq fəlakəti bizi yıxır. Niyə hər efirə çıxan filosof olur, əxlaq tərbiyəsi keçir, bilib bilmədən boş-boş danışır? Qadın heç nəyə məcbur deyil, cahil düşüncələrinizi bizə sırımayın. Boş-boş danışmaqdansa, bir az maariflənin, dil öyrənin, biliyinizi artırın. Özünüzə hörmət edin, heç kimdən asılı olmayın, güclü olmaq dözmək deyil. Öz gücünə inanmaqdı, inkişaf etməkdi, seçim edə bilməkdi”.

Xatırladaq ki, Əməkdar artist “Düzünə qalsa” verilişində “Qadın nə etməlidir ki, kişi ona xəyanət etməsin? Qadın o qədər səmimi, mehriban olacaq ki! Kişi bir neçə dəfə getdi, gəzdi gəldi, evə gələndə qadın o qədər mehriban olacaq və kişi evə bağlanacaq. Dəfələrlə demişəm, gedən kişini heç kim saxlaya bilməz”,- deyə bildirmişdi.

скачать dle 12.1
Xəbər lenti