Bu tənqidlər DiKaprionu özündən çıxardı

19-02-2023, 17:23
7 543
Bu tənqidlər DiKaprionu özündən çıxardı

Hollivud ulduzu Leonardo DiKaprio gənc qızlarla eşq yaşamasına görə dəfələrlə tənqid edilib.

Aktyorun 19 yaşlı Eden Polani ilə münasibəti isə son günlər gündəmdən düşmür. Tvitterdə DiKaprio ilə bağlı yüzlərlə status paylaşılıb. Bu isə aktyoru özündən çıxarıb.

Aktyora yaxın olan mənbə "Daily Mail"ə bildirib ki, Leo hazırda tənhadır:

"Aktyor hazırda çox əsəbidir. O, bu yaşda qızları xüsusi olaraq seçmir. Onun niyyəti yetkin və ciddi münasibətdir. Amma hər dəfə belə bir hal alınır. Onun gənc xanımları sevdiyi ilə bağlı deyilənlər Leonun həyatına çox mənfi təsir edir".

скачать dle 12.1
Xəbər lenti