Teymur Kərimovun işi yenidən Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib

10-04-2025, 20:38
19
Teymur Kərimovun işi yenidən Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib
Bakı Apelyasiya Məhkəməsində keçirilən prosesdə onun barəsində olan hökmdən verilən şikayətə baxılıb
Aprelin 10-da “Kanal-11″ internet televiziyasının rəhbəri Teymur Kərimovun barəsində olan hökmdən verilən apelyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.
Bakı Apelyasiya Məhkəməsində keçirilən prosesdə birinci instansiya məhkəməsinin protokollarına baxışdan sonra məhkəmə qərar qəbul edib.
Qərara əsasən, iş yenidən baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə geri göndərilib.
Teymur Kərimov ötən il dekabrın 28-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum edilib. Həmçinin onun 2 il  jurnalistika fəaliyyəti ilə məşğul olması qadağan edilib.
Teymur Kərimovla birlikdə məhkəmə qarşısına çıxarılan, lakin həbsdə olmayan reportyor İstək Totiyevaya isə iki il sınaq müddəti olmaqla, şərti cəza verilib.
Onların hər ikisi Cinayət Məcəlləsinin 182.2.1 (hədə-qorxu ilə tələb etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsilə təqsirli bilinib.
Bu iş üzrə Leyla Almaszadə və Fərrux Ələkbərov zərərçəkmiş qismində tanınıb.
İttihama əsasən, Teymur Kərimov və İstək Totiyeva video-materialın silinməsi internet kanalından silinməsi üçün Fərrux Ələkbərovdan 10 min manat pul istəyib, son nəticədə 1000 manat alıb.
Leyla Almaszadədən isə 300 manat pul alınıb.
Leyla Almaszadə isə məhkəmədə ifadəsində bildirib ki, o, problemi işıqlandırmaq üçün özü Teymur Kərimova müraciət edib və ona pul ödəməyib, ondan şikayəti də yoxdur.
Teymur Kərimov bildirib ki, ona qarşı ittihamlar saxtadır, sifarişlə həbs olunub, həbsinin səbəbi isə jurnalist fəaliyyəti idi.
Onun fikrincə, qanunsuzluqları ictimailəşdirdiyinə görə bu şəkildə cəzalandırılır.скачать dle 12.1
Xəbər lenti