İspaniyadakı səfir İlham Əliyevin fərmanına tabe olmur

22-09-2015, 18:01
0
İspaniyadakı səfir İlham Əliyevin fərmanına tabe olmur
Azərbaycanın İspaniyadakı səfiri Altay Əfəndiyev 6 aydır ki, qanunsuz olaraq fəaliyyət göstərir. Bu barədə məlumat verən Azərbaycanın Xarici İşlər Nazirliyindəki (XİN) mənbə iddia edir ki, Altay Əfəndiyevin səfirlik müddəti 4 ay əvvəl bitib və o geri çağırılıb. Lakin buna baxmayaraq o hələ də İspaniyada Azərbaycanın səfiri kimi fəaliyyət göstərir.
 
Mənbə onu da bildirib ki, Altay Əfəndiyev səfirliyi ailə təsərrüfatına çevirib. “Səfirliyin vur-tut beş əməkdaşı var. Onlar da hamısı bir-birilə qohumdur. Məsələn, səfirliyin attaşesi Əsəd Muradovdur, mühasib isə onun xanımıdır.
 
Digər əməkdaşlar da bir-birinə, o cümlədən Altay Əfəndiyevə qohumdur. Mənbənin sözlərinə görə, nazir Elmar Məmmədyarovun da məsələdən xəbərdardır. Lakin hansısa səbəbdən heç bir tədbir görmür. “Faktiki olaraq geri çağırılmış Altay Əfəndiyev hansı əsas və -hansı maliyyə ilə orada saxlanılır bəlli deyil. Bu məsələ araşdırılarsa heç şübhəsiz korrupsiya faktları üzə çıxacaq”, – deyə qaynağımız əlavə edib.
скачать dle 12.1
Xəbər lenti