"Xural TV" internet televiziyasının rəhbəri Əvəz Zeynallı aprelin 25-də saat 17:00 radələrində Penitensiar Xidmətin Müalicə Müəssisəsindən azadlığa buraxılıb. Elə həmin gün Nizami rayon Məhkəməsi onu səhhətinə görə cəzasının qalan hissəsindən azad etmişdi. Müəssisənin qarşısında jurnalistlərə açıqlama verən Ə.Zeynallı deyib ki, həbsdə olan qoyulan tibbi diaqnoz çox ağırdır. Bu üzdən azadlıqda onun üçün vacib məsələ sağlamlığındakı problemlərin həlli olacaq: "Ağrılarım var, halsızlıqlar olur. Azadlıqda ilk işimiz, prioritet məsələ səhhətimdəki problemlərin həlli olacaq. Azadlığa çıxmağım üçün müraciət edənlərin hamısına təşəkkür edirəm". скачать dle 12.1