Gözəl Bayramlı: Qurultayda təxribat törədə bilərlər

24-09-2015, 19:18
0
Gözəl Bayramlı: Qurultayda təxribat törədə bilərlər
Gözəl Bayramlı: «AXCP-nin bu qurultayı da digərləri kimi Azərbaycanın siyasi həyatında mühüm rol oynayacaq»
 
Sentyabrın 27-də saat 11.00-da Əmircan qəsəbəsi, Park küçəsi 26-da yerləşən Səttar Bəhlulzadə adına Mədəniyyət Evində AXCP-nin qurultayı keçiriləcək. Qurultaya hazırlıq işləri artıq başa çatmaq üzrədir. Bu barədə “Azadlıq”a AXCP sədrinin müavini Gözəl Bayramlı məlumat verib.
 
AXCP yetkilisinin sözlərinə görə, rayon konfransları artıq başa çatıb. “Artıq son hazırlıqlar da başa çatmaq üzrədir. Inanırıq ki, AXCP-nin bu qurultayı da digərləri kimi Azərbaycanın siyasi həyatında mühüm rol oynayacaq. Rayon şöbələrində keçirdiyimiz konfransların nəticəsi belə deməyə əsas verir. Qurultayda 400 nəfərə yaxnı nümayəndə, həmçinin ölkənin ictima-siyasi xadimləri, ziyalılar, vətəndaş cəmiyyəti institutunun nümayəndələri iştirak edəcək”.
 
Gözəl Bayramlı hakimiyyətin AXCP-nin tədbirində təxribat törədə biləcəyini istisna etməyib: “Hər şey gözləniləndir. Əgər bu hakimiyyət AXCP-yə aid olmayan şəxsləri yığır partiyanın adına iddia edirsə, deməli, qurultayda da təxribat törədə bilərlər. Mən bu fikirdə olanları təxribatlardan çəkinməyə çağırıram. Çünki heç bir təxribat AXCP-ni öz yolundan döndərə bilməz”.
скачать dle 12.1
Xəbər lenti