“Söhbət insan hüquqlarından gedərkən Aİ və ABŞ əl-ələ verməlidir”

26-09-2015, 20:19
0
“Söhbət insan hüquqlarından gedərkən Aİ və ABŞ əl-ələ verməlidir”

Avropa İttifaqının insan hüquqları üzrə nümayəndəsi Sravros Lambrinidis bu həftə Vaşinqtonda olub. Məqsəd insan hüquqlarının pozulduğu yerlərdə insan haqlarının təminatı və insan hüquqlarını pozanların cəzalandırılması üzrə diplomatik səylərin birləşdirilməsidir.

“Söhbət insan hüquqlarından gedərkən Aİ və ABŞ “əl-ələ verməlidir”, – Lambrinidis sentyabrın 25-də Freedom House-da çıxışında bildirib.

“Əgər hər hansı ölkə insan hüquqlarının Qərbin onlara qarşı istifadə etdiyi alət olması barədə arqument gətirməyə çalışırsa bu, doğru deyil. İnsan hüquqları universaldır və heç zaman müxtəlif dinlər və siyasi sistemlər arasında mübarizə meydanı olmayıb”, – o əlavə  edib.

Aİ hesab edir ki, vətəndaş cəmiyyətləri və hökumətlər arasında inkişaf hüquq sahəsində qlobal problemlərin əsas həlli yolu olmalıdır. İnsan hüquqları sahəsində çoxtərəfli koalisiyanın genişləndirilməsi Brüsselin prioriteti sayılır.

Avropa Parlamentinin Azərbaycanda siyasi məhbusların azad edilməsinə çağıran qətnaməsindən danışan Lambrinidis Bakının reaksiyasını “olduqca sərt” adlandlrlb.

скачать dle 12.1
Xəbər lenti