“Azadlıq” radiosunun əməkdaşı prokurorluqda dindirildi

29-09-2015, 01:40
0
“Azadlıq” radiosunun əməkdaşı prokurorluqda dindirildi

“Azadlıq” radiosunun əməkdaşı, jurnalist İslam Şıxəli bu gün Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində dindirilib.

Bu barədə jurnalistin özü məlumat verib.

İ.Şıxəli “Meydan” TV-nin işi ilə bağlı aparılan araşdırmaya görə dindirildiyi deyib: “Mənə “Meydan” TV ilə bağlı suallar verildi. Soruşdular ki, “Meydan” TV ilə kimin əməkdaşlıq edib-etmədiyini bilirəmmi. Daha sonra “Azadlıq” radiosu, mənim bu radiodan məvacib alıb-almamağım, yaşadığım ünvanla bağlı suallar verdilər. Nəyə görə ailəmin yanında deyil, kirayədə yaşadığımı soruşdular”.

Qeyd edək ki, sentyabrın 26-da hüquq-mühafizə orqanlarının əməkdaşları İslam Şıxəlinin yaşadığı mənzildə axtarış aparıblar.

скачать dle 12.1
Xəbər lenti