"Azərbaycan" qəzeti Obamanı sərt tənqid etdi - FOTO

29-09-2015, 19:46
0
"Azərbaycan" qəzeti Obamanı sərt tənqid etdi - FOTO

Rəsmi dövlət qəzeti "Azərbaycan"da ABŞ prezidenti Barak Obama və rəsmi Vaşinqtonun xarici siyasətinin sərt tənqid olunduğu məqalə dərc olunub. 

Yazıda bildirilir ki, müxtəlif ölkələrin daxilində formalaşdırılan “beşinci kolon” ABŞ-ın maraqlarını həyata keçirir, bu alınmayanda isə ondan sabitliyin pozulması, dövlət çevrilişləri ssenarilərinin reallaşdırılması üçün istifadə olunur: "Həmin antimilli qüvvələrin ifşa olunması, onlara qarşı hər hansı tədbirin görülməsi dərhal məlum QHT və media şəbəkəsi tərəfindən “vətəndaş cəmiyyətinə hücum” kimi qələmə verilir. Bunun ardınca aparıcı beynəlxalq təşkilatlar, onların ayrı-ayrı strukturları, xüsusilə də insan hüquq və azadlıqları məsələləri ilə məşğul olan bölmələri Vaşinqtondan gələn sifarişlər əsasında fəaliyyətə başlayırlar"

 

 

скачать dle 12.1
Xəbər lenti