Seçki sənədlərinin təqdimatının son günüdür

2-10-2015, 16:30
0
Seçki sənədlərinin təqdimatının son günüdür
Bu gün - oktyabrın 2-də Milli Məclisə keçiriləcək seçkilərlə əlaqədar deputatlığa nаmizədlərin qeydə alınması üçün zəruri seçki sənədlərinin təqdim edilməsinə ayrılan müddət başa çatır.
 
Seçki Məcəlləsinə əsasən, parlament seçkilərində  namizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin təqdim edilməsinə səsvermə gününə ən çoxu 50 və ən azı 30 gün qalmış saat 18.00-dək vaxt ayrılmalıdır. Qeydiyyata görə seçki sənədlərinin təqdim edilməsi üçün ayrılan müddət sentyabrın 12-dən başlayıb.
 
Dairə seçki komissiyaları sənədlər qəbul olunduqdan sonra 7  gün müddətində imza vərəqələrində və təqdim edilən digər sənədlərdəki məlumatların düzgünlüyünün yoxlanılması və namizədin qeydə alınıb-alınmaması haqqında qərar qəbul edəcək. Oktyabrın 12-dək isə Mərkəzi Seçki Komissiyası tərəfindən qeydə alınmış namizədlərin seçki dairələri üzrə siyahısının dövri nəşrlərdə dərc edilməsi təmin olunacaq.
 
Azərbaycanda növbəti – 5-ci parlament seçkisi noyabrın 1-dədir.
скачать dle 12.1
Xəbər lenti