Ziya Məmmədovun bacısı da işdən çıxarılıb?

4-10-2015, 19:27
0
Ziya Məmmədovun bacısı da işdən çıxarılıb?

Nəqliyyat naziri Ziya Məmmədovun bacısı, “Tərəqqi” liseyinin direktoru Məhbubə Məmmədovanın tutduğu vəzifədən azad edildiyi barədə xəbər yayılıb.

Xəbəri yayan İstiqlal.az saytı bunu nəqliyyat nazirinin “vurulması” ilə bağlayıb.

Sayt xatırladıb ki, bundan əvvəl Ziya Məmmədovun səlahiyyətlərinin əhəmiyyətli hissəsi əlindən alınıb. “Azərbaycan Dəmir Yolları” QSC Nəqliyyat Nazirliyinin tabeliyindən çıxarılıb, taksilərə lisenziya verilməsi ASAN xidmətə tapşırılıb və s.

AzNews.az saytı isə “Tərəqqi” liseyindən bu xəbərin təkzib edildiyini bildirib. Saytın yazdığına görə, xəbəri dəqiqləşdirmək üçün əlaqə saxladıqları liseydən onlara deyilib ki, Məhbubə Məmmədova dünən işdə olub, sonra da Təhsil Nazirliyinin təşkil etdiyi böyük toplantıya qatılıb və orada çıxış edib.

скачать dle 12.1
Xəbər lenti