Müsavatçı namizədlərin siyahısı bəlli oldu

10-10-2015, 19:35
0
Müsavatçı namizədlərin siyahısı bəlli oldu

Deputatlığa namizədlərin qeydə alınması mərhələsi bugün başa çatdı. Müsavat Partiyası tərəfindən namizədliyi irəli sürülən 70-dən artıq namizəddən yalnız 24 nəfərin namizədliyi qeydə alınıb. Bu haqda "Basta"ya Müsavatın Seçki Qərargahının sədri Gülağa Aslanlı məlumat verib. Namizədlərin qeydiyyatı mərhələsində əksər DSK-ların kobud qanun pozuntularına yol verdiklərini deyən Gülağa Aslanlı hazırda onlarla namizədin üzləşdikləri qanunsuzluqla bağlı MSK-ya və məhkəməyə verdikləri şikayət üzrə cavab gözlədiklərini bildirdi.

Qeydə alınan namizədlərin siyahısını təqdim edirik:

1. Nadir Allahverdiyev - 5 saylı Şahbuz-Babək seçki dairəsi
2. Gülağa Aslanlı - 10 saylı Binəqədi seçki dairəsi
3. Niyaz Nəsirov - 13 saylı Xəzər seçki dairəsi
4. İsa Qəmbər - 15 saylı Yasamal birinci seçki dairəsi
5. Zakir Məmmədzadə - 25 saylı Nizami ikinci seçki dairəsi
6. Misir Mahmudov - 30 saylı Suraxanı birinci seçki dairəsi
7. Mustafa Hacılı - 31 saylı Suraxanı ikinci seçki dairəsi
8. Arif Hacılı - 33 saylı Xətai birinci seçki dairəsi
9. Dilşad Nağıyeva - 34 saylı Xətai ikinci seçki dairəsi
10. Elman Fəttah - 46 saylı Şirvanseçki dairəsi
11. Nürəddin Rüstəmli - 49 saylı Yevlax seçki dairəsi
12. Səxavət Soltanlı - 50 saylı Abşeron seçki dairəsi
13. Söhrab Əmrahov - 55 saylı Xaçmaz şəhər seçki dairəsi
14. Vilayət Abuşov - 57 saylı Kürdəmir seçki dairəsi
15. Valeh Hümmətoğlu - 59 saylı Salyan seçki dairəsi
16. Mirzağa Axund - 60 saylı Salyan-Neftçala seçki dairəsi
17. Saday Fərəcov - 61 saylı Neftçala seçki dairəsi 
18. Davud Qurbanov - 68 saylı Cəlilabad kənd seçki dairəsi
19. Xasay Fərzulla - 71 saylı Masallı kənd seçki dairəsi
20. İltizam Əkbərli - 79 saylı İmişli seçki dairəsi
21. Yusif Namazoğlu - 96 saylı Goranboy seçki dairəsi
22. Ikram İsrafil - 115 saylı Şəki kənd ikinci seçki dairəsi
23. Razim Əmiraslanlı - 120 saylı Cəbrayıl seçki dairəsi
24. İsgəndər Həmidov - 123 saylı Kəlbəcər seçki dairəsi

Gülağa Aslanlı bildirib ki, partiyanın mübarizəni sonadək davam edəcəyi təqdirdə, Müsavatın namizədi olmayan dairələrdə digər uyğun namizədlərin, o cümlədən ReAL və Nida təşkilatından qeydə alınan namizədlərin müdafiə edilməsi haqqında da qərar verilə bilər.

bastainfo.org

скачать dle 12.1
Xəbər lenti