İsa Qəmbərin təklifinə Amerikadan dəstək

10-10-2015, 19:38
0
İsa Qəmbərin təklifinə Amerikadan dəstək

ABŞ ATƏT DTİHB-nin noyabrın 1-də Azərbaycanda parlament seçkilərinin monitorinqini həyata keçirməyəcəyindən təəssüf edir, bu barədə ABŞ-ın ATƏT-də daimi nümayəndəsi Daniel Bayer bildirib.

O, cümə günü verdiyi bəyanatda qeyd edir ki, Azərbaycan 300 qısamüddətli və 30 uzunmüddətli müşahidəçi qəbul etməkdən imtina edib və cəmi 125 qısamüddətli və 6 uzunmüddətli müşahidəçi qəbul edə biləcəyini bildirib.

“Bu, Azərbaycanın seçkilərin monitorinqinin keçirilməsində DTİHB-nin müstəqilliyini nəzərə almaq öhdəliklərinə uyğun deyil”, deyə Bayer bildirib.

“Təəssüf edirik ki, DTİHB ölkə hakimiyyətinin müşahidəçilərin sayını məhdudlaşdırmaq tələbləri ilə əlaqədar Azərbaycanda müşahidə missiyasını ləğv etmək məcburiyyətində qalıb. Amma biz bu qərarı dəstəkləyirik və ATƏT-in mühüm bir institutu olaraq DTİHB-nin müstəqilliyini təsdiq edirik”, deyə Bayer vurğulayıb.

Vaşinqton ümid edir ki, ATƏT üslubunda dialoqu davam etdirəcək və 1 noyabr seçkilərində ATƏT DTİHB müşahidəçilərinin sayına məhdudiyyətlər haqqında qərar ləğv ediləcək, deyə Daniel Bayer bildirib.

ABŞ-ın bu çağırışı faktiki olaraq İsa Qəmbərin sədr olduğu Milli Strateji Düşüncə Mərkəzinin çağırışının təkrarıdır.

 Xatırladaq ki, sentyabrın 17-də  Milli Strateji Düşüncə Mərkəzi analoji çağırışla bəyanat yaymışdı. Sənəddə MSDM hakimiyyəti ilk növbədə xüsusi zaman və enerji tələb etməyən iki təcili qərarın qəbul edilməsinə çağırmışdı:

1. Bütün siyasi məhbusların azad edilməsi;

2. 1 noyabrda keçirilməsi nəzərdə tutulan seçkilərin müşahidəsində iştirak etmək üçün ATƏT-in Varşava bürosunun əvvəlcədən təklif etdiyi kimi 380 müşahidəçinin ölkəmizə gəlməsinə razılıq verilməsi.

bastainfo.org

скачать dle 12.1
Xəbər lenti