Hacı İlqar İbrahimoğlu "Azadlıq" qəzetinə səsləndi

12-10-2015, 16:20
0
Hacı İlqar İbrahimoğlu "Azadlıq" qəzetinə səsləndi
Dəyərli "Azadlıq" qəzetinin hörmətli rəhbərliyinin diqqətinə! 
 
Bizim seçki ilə bağlı bu günə yalnız bir açıqlamamız olub. Təəssüflər olsun ki, bu gün 08.50-də saytınıza yerləşdirilən materialda, seçki ilə bağlı işlətmədiyimiz ibarə adımızdan verilib. Və bu işlətmədiyimiz ibarə, bizim seçki ilə bağlı tutduğumuz və səsləndirdiyimiz mövqe ilə - söhbət, hər iki nəzəriyyənin yaşamaq haqqından gedir - uyğun gəlmir. Əminəm ki, bu, qəsdən edilməyib və ağır jurnalistik prosesin içində baş verə biləcək bir yanlışlığın nəticəsidir. Əgər çap versiyasında da, bu yanlışlıq yer alıbsa, hazırkı düzəliş-açıqlamamızı yerləşdirmənizi faydalı görürəm. Təbii ki, elektron versiyada demədiyimiz ibarəni yığışdırıb, açıqlamamıza uyğun fikir yerləşdirsəniz, tam kifayətdir.
 
Bir daha seçki ilə bağlı 3 oktyabr 2015 tarixində musavat.org-da gedən yanaşmamızı diqqətinizə çatdırırıq. Ümid edirəm ki, bu açıqlama, bizim seçki ilə bağlı tam və əhatəli yanaşmamızı bilrmək üçün, tam yetərlidir. 
 
Sayğılarla,
 
Hacı İlqar İbrahimoğlu
 
10.10.2015
скачать dle 12.1
Xəbər lenti