Sergey Lavrov Bakıya gəlir

28-08-2015, 13:45
0
Sergey Lavrov Bakıya gəlir
Rusiya xarici işlər naziri Sergey Lavrov Azərbaycana işgüzar səfərə gələcək.
 
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, səfər sentyabrın 1-də baş tutacaq.
 
Səfər zamanı Azərbaycan və Rusiya arasında münasibətlərin ikitərəfli və çoxtərəfli formatının müxtəlif aspektləri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli, ATƏT-in Minsk Qrupunun həmsədri kimi Rusiyanın danışıqlar prosesində rolu barədə müzakirələr aparılması nəzərdə tutulub.
скачать dle 12.1
Xəbər lenti