Son məlumatlara görə, Müsavat Partiyasının Məclisinin sədri Arzu Səmədbəyli, Müsavat başqanının müavini Gülağa Aslanlı, partiyanın Divan üzvü Qubad İbadoğlu 25 manatadək cərimə edilərək sərbəst buraxılıb. Hal-hazırda Müsavat Divanının üzvü Müsavat Gənclər təşkilatının sədri Tural Abbaslı, Müsavat başqanının müşaviri Mustafa Hacılı, Müsavat Məclisinin üzvləri Əhəd Məmmədli, Rüfət Hacıbəyli, “Yeni Müsavat” qəzetinin hüquqşünası Vaqif Hüseyn inzibatı cəza verilmək üçün Binəqədi Rayon Məhkəməsinə aparılıb.
Vəkil Nemət Kərimli onlara hüquqi yardım göstərir.
Aldığımız məlumata görə, Müsavat Partiyası Məclisinin üzvləri Hamlet Səfixanlı, Namiq Kazımov, Müsavat Partiyası Suraxanı rayon təşkilatının sədrinin müavini Fəxrəddin Əhməd haqqında da inzibati hüquqpozma haqqında protokol tərtib edilərək məhkəməyə göndərilib.
Aksiya davam edir, həbs olunaların sayı artır:
Polis aksiyadan qabaq həbslərə başladı; meydanlar mühasirəyə alındı
Oktyabrın 20-də Bakının Fəvvarələr Meydanında bir qrup ictimai-siyasi fəalın "Facebook"da elan etdiyi aksia baş tutub. "Parlament buraxılsın" tələbilə təşkil olunan aksiyada, məlumatlara görə, yüzlərlə insan iştirak edib, minlərlə insan isə ətrafda baş verənləri izləyib. Aksiyanın qarşısını almaq üçün Bakının mərkəzinə çoxlu sayda polis qüvvələri və mülki geyimlilər cəlb olunub. Həbslər aksiyadan xeyli qabaq, bəzi hallarda hətta səhər saatlarından başlayıb. Aksiyanın gedişində isə kütləvi həbslər və zorakılıqlar baş verib. Təkcə Fəvvarlər Meydanında həbs olunanların sayı 50 nəfərdən artıq olub.
AXCP-dən həbs edilənlərin dəqiqləşdirilməmiş siyahısı (partiyadan təqdim olunub):
1. Gözəl Bayramlı - sədr müavini
2. Asəf Quliyev - sədr müavini
3. Şakir Abbasov - sədrin müşaviri
4. Məhəmməd Məcidli - sədrin müşaviri, keçmiş vicdan məhbusu
5. Natiq Ədilov - mətbuat xidmətinin rəhbəri
6. Əbülfəz Qurbanlı - Gənclər KOmitəsinin sədri
7. Babək Həsənov - keçmiş vicdan məhbusu
8. Zülfüqar Eyvazov - Nizami şöbəsinin sədri, keçmiş vicdan məhbusu
9. Vaqif Xalıqov - Suraxanı şöbəsinin sədri
10. Təzəxan Mirəliyev - Cəlilabad şöbəsinin sədri
11. Elnur Abdullayev
12. Hikmət Əliyev
13. Kamran Sanatürk
14. Natəvan Səlimzadə
15. Bəhruz Həsənov
16. Zərifə Mehtiyəddinova
17. Nüşabə Atakişiyeva
18. Ehtiram Mehdiyev
19. Dəyanət Babayev
20. Xanım Mustafayeva
21. Kəmalə Bənənyarlı
22. Hətəm Allahverdiyev
23. Aqil Əliyev
24. Sahib Əliyev
25. Orxan Carçıyev
26. Qismət
27. Rəfiqə Qurbanlı
ADP GK sədri Cəmil Hacıyev, Osman Əhmədli, Əliyev Rəsul, Azər Sadıxov, Rəşadət Axundov, Rövşən Nəsili və başqaları həbs olunub.
Həbs edilənlərin siyahısı, mətbuat xidməti aksiyada tutulanların siyashısını təqdim edib:
Rəşadət Axundov - (ADP) - 16 sutka həbs
Kəmalə Bənənyarlı (AXCP) - 7 sutka həbs
Türkel Əlisoy (AXCP) - 17 sutka həbs
Elvin Baycan (AXCP) - 6 sutka həbs
Babək Həsənov (AXCP) - 6 sutka həbs
Aqil Əliyev (AXCP) - 600 AZN
Rövşən Nəsili - 10 sutka həbs
Əliyev Rəsul (ADP) - 6 sutka həbs
Osman Əhmədli (ADP) - 500 AZN
Azər Sadıqov (ADP) - 10 sutka həbs
Zaur Əkbər (Gənclər Klubu) - 300 AZN
Nihad Hüseynov (AXCP) - 500 AZN
Taleh Məmmədli (bitərəf) - 500 AZN
Zaur Məmmədov (AXCP) - 500 AZN
Aqil Əluyev (AXCP) - 600 AZN
Rauf Məmmədli (Müsavat) - 500 AZN
Təzəxan Mirələmli (AXCP) - 500 AZN
Orxan Carçıyev (AXCP) - 600 AZN