''Leyla Yunusu faktiki məhv edirlər'' (VİDEO)

21-10-2015, 08:21
0
''Leyla Yunusu faktiki məhv edirlər'' (VİDEO)

Oktyabrın 20-də Bakı Apellyasiya Məhkəməsində hakim Vüqar Məmmədovun sədrliyi ilə Leyla Yunus və Arif Yunusun apellyasiya şikayətinə baxılıb. Vəkil Elçin Qəmbərov bildirib ki, o, məhkəmə protokolları ilə tanış olub və şahidlərin ifadələrinin təhrif olunduğunu və tam yazılmadığını müəyyən etdiyi üçün birinci instansiya məhkəməsi iclas protokollarına qeydlər verib.

Prosesi izləyən AXCP sədri Əli Kərimli deyib ki, Leyla Yunusu faktiki məhv edirlər. "Açıq aşkar Leyla xanımdan qisas alırlar. Minlərlə azərbaycanlının hüquqlarını qoruduğuna, Azərbaycan hökumətini dünya miqyasında ifşa edib bütün əməllərini dünyaya çatdırdığına görə hazırda Leyla xanımdan qisas alırlar. Faktiki bizim gözümüzün qabağında onu məhv edirlər".

Milli Şura sədri Cəmil Həsənli isə Leyla Yunusun siyasi mülahizələrlə həbs olunduğunu bildirib. "Ümumiyyətlə Leyla xanımı həbsdə saxlamaq olmaz. Onun xəstəliyi kifayət qədər ağır xəstəlikdir. BU formada onu həbsdə saxlamaq Azərbaycan Konstitusiyasına, Azərbaycan qanunlarına, Azərbaycanın qoşulduğu Beynəlxalq Konvensiyalara kökündən ziddir".

 


 

Meydan.Tv

скачать dle 12.1
Xəbər lenti