Steinar Gil: ''O adamların AŞPA-da ciddiliyi yoxdur''

3-09-2015, 19:02
0
Steinar Gil: ''O adamların AŞPA-da ciddiliyi yoxdur''
Norveçin Azərbaycandakı köhnə səfiri (2002-2006)olmuş  Steynar Gil Meydan Tv-yə müsahibə verib. Həmin müsahibəni təqdim edirik.
 
- Azərbaycanda olan hadisələri neçə illərdir ki, izləyir və lazım bildiyiniz zaman öz mövqeyinizi də sosial media ilə açıq şəkildə bildirirsiniz. Azərbaycanın hazırkı vəziyyətini necə qiymətləndirirsiniz və səfir olduğunuz zaman ilə nə kimi əsas fərqlər var?
 
- Ölkəniz çox varlandı ancaq demokratiya və insan haqları çox geriyə getdi, ölkənizdəki repressiya daha geniş miqyas aldı, vətəndaş cəmiyyəti üzvlərinin, jurnalistlərin həbsi adi hal almağa başladı. Hazırda isə vəziyyət çox pisdir. Hökümət heç bir çağırışa məhəl qoymur.
 
- Siyasətçilər, jurnalistlər və vətəndaş cəmiyyəti üzvləri Heydər Əliyevin dövründə azadlığın daha çox olmasını, oğlu İlham Əliyevin isə onunla müqayisədə daha sərt olduğunu bildirir. Bəs siz bununla bağlı nə düşünürsünüz?
 
- Hə elədir. Heydər Əliyevin dövründə azadlıqlar nisbətən daha çox idi, jurnalistlər daha sərbəst idi və indiki qədər təqib olunan yox idi.
 
- Heydər Əliyev ilə oğlunun arasındakı bu qədər kəskin fərqin səbəbi nədir? 
 
- Heydər Əliyev dövründə ölkənizə indiki qədər pul gəlmirdi. İlham Əliyevin bu qədər sərt və aqressiv olmasının əsas qaynağı neftdən gələn pullardır. Başqa bir problem isə neftdən gələn pulların düzgün bölüşdürülməməsidir. Mən deyərdim ki, bu ölkənizin ən ciddi problemidir.
 
- Prezident ailəsinin idarəçiliyində olan Heydər Əliyev fondu bu günə qədər Avropada onlarla muzeyin, tarixi əhəmiyyətli qalaların bərpasına milyonlarla avro dəyərində pul xərcləyib və qarşılığında isə, həmin ölkələrdən siyasi dəstək ala bilməyib. Siz Prezidentin aqressiyası ilə bağlı qeyd etdiniz, bəlkə Avropaya xərclənən pulların qarşılığında Avropadan siyasi dəstək verilmədiyinə görə aqressivdir?
 
- Bəli, Avropadan dəstək azdır, bunun səbəbi Azərbaycanda hökm sürən repressiyadır.  
 
- Bəs Avropa bu represiyanı həyata keçirən adamların pulunu niyə qəbul edir?
 
-Hər kəs hər yerə yatırım edə bilər....(Sözünü kəsərək növbəti sual)
 
-Bu pullar yatırım deyil, muzeylərin təmiri üçün Heydər Əliyev fondu tərəfindən ayrılıb və o fond hələ də idarə etdiyi pulların hardan əldə olunduğunu açıqlamayıb. Demokratiyanın və söz azadlığının dəstəkçisi olan ölkələr bu cür pulları necə qəbul edə bilər? 
 
- Bilmirəm hansı muzeyləri deyirsiniz, bu barədə açığı heç bir məlumatım yoxdur. Ancaq haqlı olaraq prezidentdən soruşmaq olar ki, sizin və ailənizin bu qədər pulu hardandır?
 
- İnternet vasitəsi ilə sizə həmin siyahının bir hissəsini göndərəcəm buyurun baxın. 
Siyahıda pul ayrılan muzey və ölkələrin dəqiq adları var: 
Siyahı:
 
1.Fransada San Pattern kilsəsinin bərpası - (məbləğ açıqlanmır)
2.Fransa Versal sarayında zalların və reporoduksiyaları bərpası - (məbləğ açıqlanmır)
3.Fransanın Orn departamentində X-XII əsrlərə aid kilsələrin bərpası(məbləğ açıqlanmır)
4.Fransa Strasburq Müqəddəs Məryəm kafedral kilsəsinin bərpası - 40 min avro Fransa
5.Strasburqdakı Notr-Dam kilsəsi - (məbləğ açıqlanmır)
6.Fransa Parisdəki Luvr muzeyində xalçalar kolleksiyasının bərpası - 1 milyon avro
7.Fransa Parisdə üç min kvadratmetr sahəsi olan 
8.Azərbaycan Mədəniyyət Mərkəzi Berlin Şəhər Qəsrinin təmiri - 300 min avro
9.Berlin Tarixi Muzeyi - (məbləğ açıqlanmır) 10.London Britaniya Muzeyi - (məbləğ açıqlanmır)
11.Romada Müqəddəs Marçellinio və Pietro katakombaların bərpası
12. Romada Kapitolini Muzeyinin “Filosoflar zalı”nın təmiri
13.Fransada 150 min avro dəyərində sponsor tədbirləri, sərgilər və festivallar keçirilib.
 
- Heydər Əliyev fondunun bu xərcləri nisbətən yaxşıdır, mədəniyyət üçün xərclənib. Ancaq bu pulları Azərbaycanda daha önəmli və səmərəli istiqamətdə xərcləmək daha yaxşı olardı.
 
- Heydər Əliyev fondunun xərclədiyi pulların müqabilində bəzən Avropanın bir sıra şəhərlərində Heydər Əliyev heykəlləri ucaldılır. Bu Avropanın nəyinə lazımdır?
 
- O heykəlləri orda ucaltmaq üçün hökümətiniz pullar xərcləyir. Nəticədə isə gülüş hədəfi olurlar. Təbii ki, o heykəlləri orda ucaldanlar bu nəticəni gözləmirdi.  Onu da əlavə edim ki, Heydər Əliyevin heykəlləri mən bildiyim qədəri ilə Avropada sadəcə Macarıstanla, Rumınıyada var.  
 
- Bəs Bakıda tez-tez hökümətimizin qonağı olan AŞPA deputatları haqqında nə deyə bilərsiniz?
 
- Bəli, onlar haqqında məlumatım var, Bakıya tez-tez gəlirlər. Ancaq o adamlar AŞPA da elə də ciddiliyi olmayan nümayəndələrdir və heç bir ciddi məsələlərdə təsir gücləri yoxdur.
 
- Yaxın zamanda hansı dəyişiklik gözləyirsiniz?
 
- Yaxın zamanlarda böyük dəyişiklik gözləmirəm. Ancaq deyə bilərəm ki, insanlar bunu istəyir. Məsələn çox adam səfir Arif Məmmədovu dəstəkləyir və onun dəyişiklik üçün çabalarını alqışlayır. Bu yaxşı haldır. Ən azından insanlar onunla həmfikirdir.  
 
- Ölkənizin və digər Avropa ölkələrinin Azərbaycandakı diplomatik təmsilçilərinin fəaliyyəti sizi qane edirmi?
 
-Norveçin ölkənizdə səfirliyinin olması təqdirə layiqdir. Səfirlərinin fəaliyyətini şərh etməyi isə düzgün saymıram.
azadliq.info
скачать dle 12.1
Xəbər lenti