Sergey Lavrov: “Bakı və Moskvanın mövqeyi bir-birinə çox yaxındır” –ÇIXIŞ

3-09-2015, 19:04
0
Sergey Lavrov: “Bakı və Moskvanın mövqeyi bir-birinə çox yaxındır” –ÇIXIŞ

“Rusiya və Azərbaycan Cənubi Qafqazda və Xəzər bölgəsində strateji tərəfdaşlardır. Beynəlxalq münasibətlərdəki bir çox kəskin problemlərə münasibətdə bizim mövqeyimiz bir-birinə çox yaxındır”.

Strateq.az bildirir ki, bu sözləri Bakıda səfərdə olmuş Rusiya xarici işlər naziri Sergey Lavrov prezident İlham Əliyevlə görüşü zamanı çıxışında bildirb. Çıxışın mətnini Rusiya XİN-in mətbuat xidməti yayıb.

S. Lavrov qeyd edib ki, rəhbərlik etdiyi idarə Azərbaycandakı həmkarları ilə əlaqəli çalışır: “Biz hörmətli həmkarım Elmar Məmmədyarovla sıx əlaqədə işləyirik. BMT-də, ATƏT,  Avropa Şurası və digər beynəlxalq müstəvidə fəaliyyətimizi birgə müzakirə edirik”,- deyə Lavrov bildirib.  

Rusiyalı nazir Dağlıq Qarabağ münqaişəsinin həlli ilə bağlı aparılan danışıqlara da toxunub və nəticə əldə olunacağına ümidvar olduğunu deyib.

“Biz Sizin, Ermənistan və Rusiya prezidentlərinin və Minsk Qrupunun rəhbərliyi altında Dağlıq Qarabağ mövzusunda sıx çalışaraq irəliyə doğru addım atmaq istəyirik.  Ümid edirəm ki, bu problemin həllinə nail olacağıq”,-deyə Lavrov vurğulayıb.

Qeyd edək ki, Rusiya XİN-in başçısı süntyabrın 1-də Azərbaycanda səfərdə olub.  

скачать dle 12.1
Xəbər lenti