İqtidara jurnalistlə bağlı çağırış oldu - ABŞ-ın Azərbaycandakı səfirliyi açıqlama yaydı

3-09-2015, 19:05
0
İqtidara jurnalistlə bağlı çağırış oldu - ABŞ-ın Azərbaycandakı səfirliyi açıqlama yaydı

ABŞ-ın Azərbaycandakı səfirliyi araşdırmaçı jurnalist Xədicə İsmayıl barəsində çıxarılan məhkəmə hökmü ilə bağlı açıqlama yayıb.

Strateq.az xəbər verir ki, açıqlamada ABŞ hökumətinin jurnalist Xədicə İsmayılın 7 il yarım müddətinə azadlıqdan məhrum edilməsi barədə qərardan dərin narahatlıq ifadə olunub:

“ABŞ hökuməti Xədicə İsmayılın məhkəmə prosesi və ona qarşı çıxarılan hökmdən dərin narahatlığını həm ictimai çıxışlarında, həm də şəxsi görüşlərdə ifadə edib.

Prezident İlham Əliyevin də bu yaxınlarda vurğuladığı kimi, mətbuat azadlığı demokratik prinsiplərin ayrılmaz tərkib hissəsidir və onun pozulması Azərbaycanın maraqlarına ziddir.

Bütün fundamental azadlıqların təmin edildiyi mühitin yaradılması, Azərbaycanda görmək istədiyimiz parlaq, çiçəklənən və sabit gələcəyin vacib elementidir. Bu cür gələcəyi təmin etmək üçün ABŞ Azərbaycanla əməkdaşlığa sadiqdir və ümid edirik ki, hökumət Azərbaycanın potensialından tam istifadə edilməsi üçün lazımi addımlar atacaq.

Azərbaycan təhlükəsizlik sahəsində, o cümlədən də regional və qlobal enerji təhlükəsizliyi sahələrində ABŞ-ın çox vacib tərəfdaşıdır. Azərbaycanın bu istiqamətdə rolunu davam etdirməsi və özünün demokratik gələcəyini qurması üçün birlikdə işləməliyik”.

 

скачать dle 12.1
Xəbər lenti