Vüqar Əliyev aclığı dayandırıb

27-10-2015, 21:03
0
Vüqar Əliyev aclığı dayandırıb

20 günlük aclıq onun səhhətində ciddi problemlər yaradıb

Qobustandakı qapalı həbsxanada ömürlük cəza çəkən Vüqar Əliyevin anası Məlahət Ismayılova oğlunun sağlıq durumunda yaranmış problemlərə görə aclığı dayandırdığını bildirib. 20 gündən artıq qidadan imtina edən Vüqarın böyrəklərində kəskin ağrılar olub. Bundan sonra aksiyanı dayandırmaq məcburiyyətində qalıb.

Məlahət Ismayılova onu da bildirdi ki, oğlunun aclıq etməsi ilə bağlı nə həbsxana rəhbərliyi, nə Penitensiar Xidmətdən onlara məlumat verilməyib. Daha doğrusu, onlar bu aksiyanı tanımadıqlarını bildiriblər. Eləcə də, respublikada fəaliyyət göstərən yerli və beynəlxalq hüquq müdafiə təşkilatları da buna ciddi yanaşmayıb. Məlahət Ismayılova Penitensiar Xidmətin bu məsələyə münasibət göstərməməsini Aslan Aslanovun oğlu Turqay Aslanovun ədliyyə sistemində çalışması ilə əlaqələndirdi. Amma Ombudsman aparatının və “Qırmızı xaç” cəmiyyətinin hadisəyə soyuqqanlı yanaşmasını anlamadığını da vurğuladı. Təkcə “Azadlıq” qəzeti məsələni gündəmdə saxladığına görə redaksiyaya xüsusi təşəkkürünü çatdırıb.

Xatırladırıq ki, Vüqar Əliyev nişanlısı ilə birlikdə Şəmkir rayonununun Icra Hakimiyyətinin keçmiş başçısı Aslan Aslanovun oğlu Ruslan Aslanovun öldürülməsində təqsirli bilinərək 2003-ci ildən ömürlük həbsə məhkum olunub. O, bu qətldə özünü günahkar saymayaraq ona verilən ağır cəzanın götürülməsi barədə dəfələrlə müraciət edib.

 

скачать dle 12.1
Xəbər lenti