Elçin Həsənov “Bandotdel”ə çağırılıb

29-10-2015, 01:30
0
Elçin Həsənov “Bandotdel”ə çağırılıb

“Yüksəliş naminə” qəzetinin baş redaktor müavini Elçin Həsənov bu gün Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırılıb. Bu barədə “yukselis.info”ya hüquq müdafiəçisi Elçin Məmməd məlumat verib. Jurnalistin çağırılma səbəbləri məlum deyil və hazırda isə onunla əlaqə saxlamaq mümkün olmayıb. Xatırladaq ki, E.Həsənov bu ilin aprel ayında AŞPA sesiyasında iştirak etmək üçün Strasburqa gedərkən sərhəd-keçid məntəqəsində saxlanılıb və Qazax RPŞ əməkdaşları tərəfindən qanunsuz hərəkətə məruz qalıb. Bu barədə DİN-ə edilən şikayətdən sonra bildirilib ki, E.Həsənovun barəsində Nizami RPİ-nin İstintaq şöbəsində CM-nin 221.1 maddəsi (xuliqanlıq) ilə cinayət işi başlanılıb və istintaq aparılır. Ona görə də E.Həsənovun ölkədən çıxışına qadağa qoyulub. Hansı səbəbdən və kimin şikayəti əsasında cinayət işi açdıqları barədə isə məlumat yoxdur.

скачать dle 12.1
Xəbər lenti