Nazirlər Kabineti noyabr ayının qeyri-iş günlərini açıqlayıb

29-10-2015, 14:29
0
Nazirlər Kabineti noyabr ayının qeyri-iş günlərini açıqlayıb
“Dövlət Bayrağı Günü ilə əlaqədar Azərbaycanda 9 noyabr qeyri-iş günü olacaq”.
 
Bu barədə Nazirlər Kabinetinin mətbuat katibi Akif Əli məlumat verib.
 
Lakin, noyabrın 7-i və 8-i şənbə və bazar gününə düşdüyündən Azərbaycan vətəndaşları noyabrda 3 gün istirahət edəcəklər. Beşgünlük iş həftəsi ilə işləyən vətəndaşlar üçün 3 gün, altıgünlük iş həftəsi ilə işləyənlər üçün 2 gün istirahət günü olacaq.
 
Qeyd edək ki, noyabrın 12-si Konstitusiya Günü kimi qeyd edilsə də, Əmək Məcəlləsinə əsasən, iş günü hesab olunacaq. Milli Dirçəliş Günü – noyabrın 17-si də iş günüdür.
 
скачать dle 12.1
Xəbər lenti