Türkiyənin müxalifət partiyası Milliyətçi Hərəkat Partiyası (MHP) Başqanı Devlet Bahçeli təcili divan toplantısı çağırdı.
qaynarxeber.org saytı Ülkü TV -yə istinadən xəbər verir ki, partiya başqanı divan toplantısında istefa qərarını açıqlaması gözlənilir.
Partiya başqanı müavinləri Oktay Öztürk və Ruhsar Demirel ağlayaraq başqanı bu fikrindən danışındırmağa çalışıblar.
Daha sonra isə başqanın istefa verməyəcəyi və divan toplantısında seçkidə itirilən səslərin analizi, durum dəyərləndirməsi üstünə danışacağı bildirilib.
Başqan müavinləri və bir sıra millət vəkillərinin də üzvü olduğu idarə heyyəti (Merkez Yönetim Kurulu) 14 noyabr tarixinə iclas keçirmə qərarı vermişdir.