Dünən bakının Nəsimi rayonu ərazisində, bakı apellyasiya Məhkəməsi hakimi İkram Şirinovun avtomobili yandırılması haqqında xəbər yayılmışdı.
Olayın qəsdən törədilməsi üzərində durulsada, prokurorluq şikayətin olmayacağı təqdirdə araşdırılma aparılmayacağını bildirmişdi.
qaynarxeber.org olaraq bildiririk ki, bu səhər sosial şəbəkələrdə "Gənc Azərbaycan" Hərəkatı adından açıqlama yayınlanıb. Açıqlamada dünən baş verən yanğını Hərəkat öz üzərinə aldığını və hələ ardının olacağını bildirir.
Bildirişi olduğu kimi təqdim edirik:
"Gənc Azərbaycan" İnqilab Hərəkatı diktatura rejiminə və yandaşlarına qarşı açıq savaş elan edir.
Hərəkatın son qəbul etdiyi qərara görə hakimiyyətin yüksək rütbəli bir sıra məmurlarına (diktaturaya daha çox fayda verən, ömrünü uzatan) qarşı QƏTL, HÜCUM, YARALAMA, ƏMLAKINA ZİYAN VURMA kimi aksiyalara start verir.
Hərəkat ikinci (ilk aksiyanı 2013 cü ildə Zaqatalada YAP ın binasını yandırmaqla etmişdi) aksiyasını dünən həyata keçirmişdir və olayı üstlənir.
Bakı Apellyasiya Məhkəməsi hakimi İkram Şirinovun avtomobilinin Nəsimi rayonu ərazisində, Nizami küçəsində yerləşən "Camex" firmasının ofisinin qaşısında, yəni adı çəkilən hakimin yaşadığı evin yanında yandırılması məsuliyyətini bir başa Hərəkat öz üzərinə götürür.
Sırası ilə bir neçə diktatura yandaşı məmurlara qarşı bu cür və daha amansız aksiyalar həyata keçiriləcəkdir.
Gənc Azərbaycan İnqilab Hərəkatı.
06 noyabr 2015
qaynarxeber.org