Vidadi İsgəndərli vətəndaşlıqdan imtina etdi

6-11-2015, 15:29
0
Vidadi İsgəndərli vətəndaşlıqdan imtina etdi

Hüquq müdafiəçisi, vicdan məhbusu olmuş Vidadi isgəndərli Azərbaycan vətəndaşlığından imtina edib. Hüquq müdafiəçisi  vətəndaşlıqdan imtina haqqında ölkə başçısı İlham Əliyevə ünvanladığı müraciəti "Basta"ya  təqdim edib.

Müraciətdə Vidadi isgəndərli vətəndaşlıqdan imtina etməsini son illər ərzində özünün təqiblərə məruz qalması, ölkədə özbaşınalığın hökm sürməsi və son seçkilərdə üzləşdiyi qanunsuzluqlarla əsaslandırıb. Hüquq müdafiəçisi özünün və ailə üzvlərinin hədə-qorxuya məruz qaldığını bildirib. Qeyd edək ki, Vidadi İsgəndərli 89 saylı Göyçay-Ağdaş seçki dairəsindən deputatlığa namizəd idi.

Vidadi İsgəndərli müraciətinin surətini xarici ölkələrin Bakıdakı səfirliklərinə ünvanlayıb. "Basta" əməkdaşı ilə söhbətində, o, ailəsi ilə birlikdə mühacirətə getməyə hazırlaşdığını bildirib.
скачать dle 12.1
Xəbər lenti