XİN rəhbəri Belarusiyanın Azərbaycandakı yeni səfirini qəbul edib

27-08-2015, 13:50
0
XİN rəhbəri Belarusiyanın Azərbaycandakı yeni səfirini qəbul edib
Xarici işlər naziri Elmar Məmmədyarov Belarus Respublikasının Azərbaycan Respublikasına yeni təyin olunmuş səfiri Qennadiy Vladimiroviç Axramoviçi qəbul edib.
 
Görüşdə səfir Qennadiy Vladimiroviç Axramoviç etimadnaməsinin surətini nazir Elmar Məmmədyarova təqdim etdi.
 
Səfir Qennadiy Vladimiroviç Axramoviç diplomatik fəaliyyəti müddətində ikitərəfli əlaqələrin inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirdi.
 
Nazir Elmar Məmmədyarov səfir Qennadiy Vladimiroviç Axramoviçə diplomatik fəaliyyətində uğurlar arzu etdi.
скачать dle 12.1
Xəbər lenti