Prezident Naxçıvanın sosial-iqtisadi inkişafına 7 milyon manat ayırıb
3-12-2015, 14:32
0
Prezident Naxçıvanın sosial-iqtisadi inkişafına 7 milyon manat ayırıb
Azərbaycan prezidenti İlham Əliyev Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
FaktXəbər-in məlumatına görə, Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi üçün Prezidentin ehtiyat fondundan Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə 7 milyon manat ayrılıb.
Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.
скачать dle 12.1