ADDA bir yaşını qeyd etdi

30-08-2015, 22:30
0
ADDA bir yaşını qeyd etdi

Gərərgahı Almanyada yerləşən, azərbaycanlı siyasi mühacirlərin qurduğu ADDA-nın (Avropa Demokratiyaya Dəstək Alyansı) Nürnberg və Düseldorf şəhərlərində növbəti toplantıları olub.

 

qaynarxeber.org xəbər verir ki, bu toplantı həm də başqa bir anlam daşıyıb. Belə ki, təşkilatın qurulmasının 1 illiyini qeyd etmək məqsədi də toplantının başqa bir anlam qatıb.

ADDA keçən ilin 30 avqust tarixində, Almanyada mühacir həyatı yaşayan azərbaycanslı siyasi fəal Tural Sadiqlinin təşəbbüsü ilə qurulub. Alyans qısa zamanda Almanyanın bir çox şəhərlərində təşkilatlanıb və günümüzə kimi hələ də təşkilatlanmaqdadır.

 

Alyansın təsisçilərindən biri, NRW şöbəsinin sədri Tural Həsənzadə saytımıza açıqlamasında , "Bu gün Avropa Demokratiyaya Dəstək Alyansının Nürnberg və Düseldorf şəhərlərində toplantıları oldu. Həmçinin ADDA-nın 1 yaşını da qeyd etdik. Qarşıda duran planlardan danışdıq. Təşkilatın güclənməsi üçün nə etməli olduğumuzu, Azərbaycandakı son durumu və hansı formada dəstək ola biləcəyimizi müzakirə etdik. Eyni zamanda bi ilin 18 oktyabr tarixində Avropada ilk böyük konfransımızı keçirmək haqda qərar qəbul etdik. Artıq Avropada birliyimiz təmin olunur" deyə bildirdi. 

 

 

 

 

ADDA bir yaşını qeyd etdi 

 

 

ADDA bir yaşını qeyd etdi 

 

 

ADDA bir yaşını qeyd etdi 

 

 

ADDA bir yaşını qeyd etdi

 


ADDA bir yaşını qeyd etdi

 


ADDA bir yaşını qeyd etdi

 

 

qaynarxeber.org

скачать dle 12.1
Xəbər lenti