Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus dekabrın 9-da Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə həbsdən azad edilib.
Hakim Vüqar Məmmədovun sədrlik etdiyi prosesdə Leyla Yunusa verilən 8 il yarım həbs cəzası CM-in 70-ci maddəsi tətbiq olunmaqla şərti hesab edilib. L.Yunus 5 il sınaq müddəti olmaqla həbsdən buraxılıb.
Eyni zamanda L.Yunusa CM-in 320-ci maddəsi ilə irəli sürülən ittihama xitam verilib. Buna səbəb kimi həmin ittiham üzrə məsiliyyətə cəlbetmə müddətinin keçməsi göstərilib.
Məhkəmənin qərarı ilə həmçinin, L.Yunusun qızının adına olan ev də (Nizami 53-də yerləşən) geri qaytarılıb. Ev məhkəmə hökmü ilə müsadirə olunmuşdu.
