Rəsulzadənin nəvəsi: “Zahid Oruc kimdir ki?..”

5-09-2015, 02:41
0
Rəsulzadənin nəvəsi: “Zahid Oruc kimdir ki?..”

Məhəmməd Əmin Rəsulzadənin nəvəsi, əməkdar rəssam Rəis Rəsulzadə babası haqda deputat Zahid Orucun söylədiklərinə kəskin reaksiya verib. O, "Modern.az"-a deyib ki, Məhəmməd Əmin Rəsulzadənin tarixdəki rolu danılmazdır:

“Rəsulzadənin yeri tarixdə bəllidir. Bunu çeynəməyin heç mənası da yoxdur.  Artıq tarix özü təsdiq edib bunu. Şirməmməd müəllim çox sağ olsun ki, Rəsulzadə ideyalarını ictimaiyyətə çatdırır. Heç kəsin bilmədiyini  də açıb qoyur ortalığa. Vaxt var idi, Rəsulzadəyə əsassız hücumlar edirdilər. Lakin Məhəmməd Əmin Rəsulzadənin yeri tarixdə bəllidir, danılmazdır, hər kəsə məlumdur. Ümumiyyətlə, Zahid Oruc kimdir ki?  Şirməmməd Hüseynov hara, Zahid Oruc hara?..”.

Bir müddət əvvəl professor Şirməmməd Hüseynovun mətbuata müsahibəsində dediyi bəzi fikirlər ciddi ajiotaj doğurub. Onun keçmiş prezident Heydər Əliyevlə Məhəmməd Əmin Rəsulzadəni müqayisəsi birmənalı qarşılanmayıb: “Heydər Əliyev hakimiyyəti idarə etmək ustası idi. Dövlət yaratmaq yox ha. Bəzən bunu qarışdırırlar. Heydər Əliyev dövlət yaratmayıb, hakimiyyət yaradıb. Dövləti Məhəmməd Əmingil yaratmışdılar. Bu dövlətin adı Azərbaycan Xalq Cümhuriyyəti idi, süqutundan sonra dövlətin adı dəyişərək oldu Azərbaycan Sosialist Respublikası, yəni dövlət qaldı, hakimiyyət dəyişdi”.

Zahid Oruc “Rəsulzadə dövlət qurub, Əliyev hakimiyyət” fikrinə etiraz olaraq mətbuatda məqalə ilə çıxış edib.

скачать dle 12.1
Xəbər lenti