Polkovnik Mütəllibovun cavabını verdi - "Susun".

12-12-2015, 02:17
0
Polkovnik Mütəllibovun cavabını verdi - "Susun".

Mühacirətdə olan polkovnik isa sadıqov, Azərbaycanın ilk prezidendti Ayaz Mütəllibovun mətbuatda yayılan son müsahibəsinə reaksiya verib. Polkovnik sosial şəbəkədə yaydığı yazısı ilə A.Mütəllibovun Əbülfəz Elçibəyi günahlandırmasını qınayıb və öz yanlışlarına "kor ol" mesajını verib.

Polkovnik İsa Sadıqov yazır:

"Dostlar müsahibəni oxumadım, oxumaq arzusunda da deyiləm. Ona görə ki, son vaxtlar Ayaz müəllim düz hərəkətlər etmir. Danışmasaydı, yazmasaydı, daha yaxşı olardı. Şəxsən tanışlığım yoxdu, çox əziyyətlər çəkdi, oğlunu itirdi, ona görə bildiklərimizidə yazmırdım, söz vermişdim. Amma indi məcburam bəzi məqamlara toxunam ki, həqiqətləri biləsiniz. Ayaz müəllimdə son qoysun belə hərəkətlərə. Ona yaraşmaz. Mənə elə gəlir onu danışdırırlar, yazdırırlar.

90 -cı illərin əvvəllərində mən "KZAKVO"da, qərargahda xidmət edirdim. Baş zabit idim. Biz Azərbaycandakı 4 ordu, Ermanistandakı 7 ordu və Gürcüstandakı 31 ordu korpusuna baxırdıq. Tez-tez yoxlamalara gedirdik və orada olan silah sursatların sayı, hesabını aparırdıq. Yəni geniş səlahiyyətlərimiz varıydı. Mən Ermənistana getmirdim, bəlli səbəblərə görə. Amma bizim zabitlər gedirdi və oradakı proseslərdən məlumatlarım var idi. Əvvəldən deyim - ən bədbaxt, xoşagəlməz vəziyyət bizdə idi. Azərbaycanda Ayaz müəllim o zaman prezident idi. Deməli artıq 1991 ci ilin payızından başlayaraq Ermənistan ərazisində olan diviziyalar hamısı dolu idi, erməni çağırışçıları ilə. Ermənistandan, Qarabağ ermənilərini orduya çağırırdılar, güclü şəkildə onlarla təlimlər keçirilirdi. Bütün növ silahlardan atırdılar.

5-6 aydan sonra bu çağırışçılar erməni ordusunun əsasını təşkil edirdi və yenidən çağırış edib o diviziyaları doldururdular ermənilərlə və güclü hazırlıqlar gedirdi. Deməli artıq 91-ci ilin sonundan onlar açıq aşkar müharibəyə hazırlaşırdılar. Gürcüstan ərazisində yerləşən 171 -ci diviziyada ermənilərlə dolu idi Oradada onları gecə gündüz hazırlayırdılar və sonra göndərirdilər Ermənistana, milli ordularının tərkibinə. Azərbaycanda böyük bazalar var idi - 4 diviziya. Amma o diviziyaların hamısı boş idi. Nə təlimlər keçirilirdi, nə hazırlıq gedirdi. Bunların günahı biləvasitə Ayaz müəllimdə idi. Ayaz müəllimin səriştəsizliyi nəticəsində biz müharibəni əli boş, hazırlıqsız vəziyyətdə başladıq. Bizləri çox ağır vəziyyətdə qoydu Ayaz müəllim. Demək olar ölumlə üz-üzə qoydu. Məhz onun günahı idi ki, bu işlərlə məşğul olmurdu, ordu yaratmırdı və Azərbaycanın təhlükəsizliyini görmürdü. Xocalı, Laçın, Şuşa - bu rayonların işğalının səbəbkarı Ayaz Mütəllibovdur. Mən zabit şərəfimə and içib deyirəm. Onun məsuliyyətsizliyi nəticəsində bir hazırlıq keçmir, alayımızda yox idi ki, döyüşə çıxara bilək.

İndi mənim ona sualım var - Ayaz müəllim, siz bu məsuliyyətləri bölüşürsünüzmü? Qəbul edirsinizmi ki, bu günahların hamısı sizin üzərinizdədi? Siz prezident olaraq görmürdünüz, xəbəriniz yox idi ki, ermənilər açıq-aşkar ordu yaradır, müharibəyə hazırlaşır? Siz bu xalqı düşmənin qarşısında aciz qoydunuz, alçaltdınız. Əbülfəz bəy isə sizin cinayətlərinizi "yumalı" oldu, sizin görmədiyiniz işləri 2-3 ayda görməli oldu. Yaxşı olardı sakitcə oturub bu yazılara son qoyasınız.

Deməyə sözlərim çoxdu, amma yenə deyirəm - çox əziyyət çəkdiniz, oğlunuzu itirdiniz qürbətdə olarkən. Ona görə susmağa üstünlük verirəm. Sizdə susun, danışmayın. Məndə qürbətdə olarkən yaxınlarımı itirdim və tanışam bu ağrılarla. Sizdən xahiş edirəm yalandan böhtan atmayın, sizə yaraşmaz".

скачать dle 12.1
Xəbər lenti