İlham Əliyevin Çinin Dövlət Şurasının Baş naziri Li Keçyan ilə görüşü olub
13-12-2015, 17:11
0
İlham Əliyevin Çinin Dövlət Şurasının Baş naziri Li Keçyan ilə görüşü olub
Azərbaycan Prezident İlham Əliyevin Çin Xalq Respublikası Dövlət Şurasının Baş naziri Li Keçyan ilə görüşü olub.
Przidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, Dövlət Şurasının Baş naziri Li Keçyan ölkələrimiz arasında diplomatik münasibətlər yaranandan ikitərəfli əlaqələrimizin inkişaf etdiyini və bu səfərin də əməkdaşlığın genişlənməsinə yeni təkan verəcəyini vurğulayıb. Dövlət Şurasının Baş naziri Çin şirkətlərinin əlverişli coğrafi mövqeyi, zəngin təbii sərvətləri, böyük enerji potensialı olan Azərbaycanda infrastruktur, istehsal, energetika, dəmir yolu və texnoparkların yaradılması sahələrində yaxından iştirak etməkdə maraqlı olduqlarını bildirib. O, ölkəsinin Azərbaycanın təbii sərvətlərinin işlənilməsində, neft-qaz emalı sahəsində yaxından iştirak edə biləcəyini diqqətə çatdırıb. Li Keçyan humanitariya, təhsil, informasiya-kommunikasiya texnologiyaları sahələrində əməkdaşlığın daha da genişləndirilməsinin mümkünlüyünü qeyd edib.
Azərbaycanın Çin ilə əməkdaşlığa böyük önəm verdiyini deyən İlham Əliyev ölkələrimiz arasında fəal siyasi əlaqələrin olduğunu, beynəlxalq təşkilatlarda uğurla əməkdaşlıq edildiyini söyləyib. Azərbaycanın Çin ilə bütün istiqamətlərdə əlaqələri inkişaf etdirmək niyyətində olduğunu deyən prezident iqtisadi sahədə də əməkdaşlıq üçün yaxşı potensialın olduğunu vurğulayıb, Çin şirkətlərini investor və podratçı qismində Azərbaycanda fəaliyyət göstərməyə dəvət edib. O, Azərbaycanın sənaye istehsalında, texnoparkların yaradılmasında, informasiya-kommunikasiya texnologiyaları sahəsində Çin şirkətləri ilə əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu qeyd edib. Prezident İlham Əliyev Çin Xalq Respublikasının Sədri Si Cinpinin irəli sürdüyü qədim İpək Yolu üzrə iqtisadi zolağın yaradılması təşəbbüsünün Azərbaycan tərəfindən dəstəkləndiyini diqqətə çatdırıb. Prezident Azərbaycanın da qədim İpək Yolu üzərində yerləşdiyini deyib və Çin mallarının ölkəmizdən Türkiyəyə, oradan da Avropaya çıxarılmasında respublikamızın əlverişli coğrafi mövqeyə, infrastruktur imkanlarına malik olduğunu bildirib.
скачать dle 12.1