Akif Nağı İran səfiri ilə görüşüb

28-01-2016, 16:25
0
Akif Nağı İran səfiri ilə görüşüb
Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı İran İslam Respublikasının Azərbaycandakı səfiri Möhsün Pakayinlə görüşüb.
 
Təşkilatdan QAT sədri səfirə Azərbaycan, İran, Türkiyə, Gürcüstanın qeyri-hökumət təşkilatlarının iştirakı ilə yaradılması nəzərdə tutulan “İşğala, terrora və əsassız iddialara qarşı beynəlxalq forum” haqqında məlumat verib.
 
O, forumun məqsədi, hazırlıq işlərinin gedişi, Bakıda keçirilmiş ilk iclası, Türkiyədə keçiriləcək ikinci iclasla bağlı da fikirlərini bildirib.
 
A.Nağı vurğulayıb ki, forumun məqsədi region ölkələrinin xoş münasibətlərinin inkişafına, münaqişələrin həllinə, ölkələrin hər birinin ərazi bütövlüyünə və digər vacib məsələlərə ictimai dəstəyin verilməsindən ibarətdir. Səfir təşəbbüsü müsbət dəyərləndirdiklərini, dəstək verməyə hazır olduqlarını bildirib, forumun işinə uğurlar arzulayıb.
скачать dle 12.1
Xəbər lenti