Elvin Səlimovu polis axtarır...

24-09-2014, 14:45
0
Elvin Səlimovu polis axtarır...

Qəbələ rayon sakini Elvin Səlimovun ailə üzüvlərinə qarşı Qəbələ RPŞ – nin

müstəntiqi Ziya Əhmədov tərəfindən ciddi təzyiqlər başlayıb, ailə üzüvlərinin verdiyi məlumata görə son günlər bir neçə dəfə onlara telefon açaraq Elvinin polisə gəlməsini tələb etmişdir.

Ötən gün isə sentyabır ayının 22-da Qəbələ Rayon Polis Şöbəsinın bir neçə polisi Elvinin qeydiyatda olan evə gələrək onun harada olması ilə maraqlanmışlar. Onun nəyə görə polis müstəntiqi Ziya Əhmədovun çağırışlarına məhəl qoymayaraq, polisə gəlmədiyini soruşmuşlar. Elvinin evdə olmadığını bilən polislər onun şəxsi əşyalarını müsadirə etmişlər, ailə üzüvlərinə onun haqqında axtarış elan edilməsi ilə bağlı sənət təqdim etmişdilər. Həmin şəxslər onun harada olsa da tutub polisə aparacaqlarını bildirmişlər. Elvin Səlimovun ailəsindən həmçinin bildirmişlər ki, bundan əvvəl Elvinə sentyabır ayının 08-də polisə gəlmısi ilə bağlı çağırış gəlmişdir.   

Elvin Səlimov cinayət işi qaldırıldığdan və həbs olunma təhlükəsini nəzərə alaraq ölkəni tərk edmişdir.

скачать dle 12.1
Xəbər lenti