12 terrorçunun adı Azərbaycanın “qara siyahı”sında
4-03-2016, 15:25
0
12 terrorçunun adı Azərbaycanın “qara siyahı”sında
Azərbaycan Mərkəzi Bankı (AMB) yanında Maliyyə Monitorinqi Xidməti BMT Təhlükəsizlik Şurasının İŞİD və “Əl-Qaidə” Sanksiya Komitəsinin qəbul edilmiş qərarına uyğun olaraq barələrində sanksiyalar tətbiq edilməli olan fiziki və ya hüquqi şəxslərin ümumi siyahısını yeniləyib.
Bu barədə Xidmətdən bildirilib.
Məlumata görə, 12 nəfərin adı siyahıya əlavə olunub. Onların 11-i “Əl-Qaidə”, 1-i isə İŞİD qruplaşmasının üzvüdür. Həmin şəxslərin adı Abd Al-Baset Azzouz, Gulmurod Khalimov, Nusret Imamovic, Muhannad Al-Najdi, Morad Laaboudi, Ali Musa Al-Shawakh, Hasan Al-Salahayn Salih Al-Sha’ar, Mounir Ben Dhaou Ben Brahim Ben Helal, Mohammed Abdel-Halim Hemaida Saleh, Salim Benghalem, Abu Ubaydah Yusuf Al-Anabi, Harakat Sham Al-Islamdır.
скачать dle 12.1