Nazir Ramsar şəhərində keçirilən dördüncü üçtərəfli görüşündə iştirak edəcək. Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan, Türkiyə və İran xarici işlər nazirlərinin aprelin 5-də Ramsar şəhərində keçirilən dördüncü üçtərəfli görüşündə iştirak etmək üçün İran İslam Respublikasına yola düşüb. Bu barədə Azərbaycan XİN-dən məlumat verilib.