Məşhur YAP-çı seçkidən imtina etdi

6-09-2015, 01:39
0
Məşhur YAP-çı seçkidən imtina etdi
“Ürəyimdən deputatlığa namizəd olmaq keçir, amma qoymazlar”
 
“Mənim ürəyimdən deputatlığa namizəd olmaq keçir. Amma mənim namizədliyimi irəli sürməzlər”. Bunu sabiq deputat, hakim Yeni Azərbaycan Partiyasının (YAP) Səbail tayon təşkilatının Siyasi Şurasının üzvü Əli Əlirzayev deyib.
 
Əli Əlirzayev bildirib ki, YAP üzvlüyündən çıxıb müstəqil şəkildə deputatlığa namizədliyini irəli sürsə belə, bunun heç bir nəticəsi olmayacaq.
 
“Mən bundan əvvəlki seçkilərdə namizədliyimi vermişdim. Lakin Gülər Əhmədovanı qabağa verdilər və ən az səs mənə yazdılar. İndi də bilirəm ki, müstəqil şəkildə namizədliyimi versəm belə, seçkinin nəticələrinə baxmayacaqlar. Öz istədiklərini deputat edəcəklər. Hökumət məni istəməyəndən sonra, mən onları niyə istəməliyəm ki”,-deyə Ə.Əlirzayev vurğulayıb.
 
Eks-deputat onu da əlavə edib  ki, o özü deputat olmağa layiq savadlı insandır. 
 
“YAP-da konkret olaraq kimlər sizin namizəd olmanıza qarşıdır” sualına Əli Əlirzayevin cavabı belə olub:
 
“Mən vaxtı ilə hamısı ilə dost olmuşam, hamısına hörmət etmişəm. Lap böyük vəzifəlilərin də qulluğunda olmuşam. Cavanlar da mənim qulluğumda olub. İndi isə məni saymırlar. Daha nə edə bilərəm? Gedib olan-qalan pulumu xərcləyib deputatlığa namizəd olası deyiləm ki!”.
 
2013-cü ilin iyun ayının 7-də hakim Yeni Azərbaycan Partiyasının (YAP) qurultayından sonra qurum daxilində struktur dəyişikliyi olub. Dəyişikliyə əsasən,  YAP-ın bir neçə tanınmış siması qurumun  Siyasi Şurasının üzvlüyündən çıxarılıb.
 
Onlardan biri də, Milli Məclisin II çağırış (2000-2005) deputatı olmuş Əli Əlirzayev olub. O, YAP-ın qurucuları olmuş məhur “91-lər”dən biridir. 
скачать dle 12.1
Xəbər lenti