Avropa İttifaqı seçkilərin nəticəsini tanımayacaq? - Ramiz Mehdiyevin müavinindən sensasion açıqlama

6-09-2015, 04:59
0
Avropa İttifaqı seçkilərin nəticəsini tanımayacaq? - Ramiz Mehdiyevin müavinindən sensasion açıqlama

 

"Azərbaycan hökuməti parlament seçkiləri ilə bağlı bəyanatların Avropa İttifaqının müvafiq strukturlarında əvvəlcədən hazırlandığı barədə məlumat əldə edib".
Strateq.az xəbəbr verir ki, bu sensasion iddia ilə Azərbaycan Prezident Administrasiyasının rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov çıxış edib.
Novruz Məmmədov özünün "Twitter" səhifəsində yazıb ki, onlara Avropa İttifaqının Azərbaycanda 1 noyabr tarixdə keçiriləcək parlament seçkilərinin nəticəsinə dair münasibətini ifadə edən bəyanatın artıq indidən hazır olduğu haqda informasiya daxil olub: "Yaxın və dost dairələrdən bizə məlum olub ki, Azərbaycanda noyabrın 1-də keçiriləcək seçkilərlə bağlı Avropa İttifaqının müvafiq strukturlarında bəyanatların mətni artıq hazırdır. Bircə kiçik əlavə edib tarixi qoymaq qalıb”, - deyə o qeyd edib. 
Qeyd edək ki, Strateq.az-ın əldə etdiyi məlumata görə, Novruz Məmmədovun bu sensasion açıqlaması heç də seçkiləri müşahidə edəcək beynəlxalq təşkilatlara təzyiq xarakteri daşımır və səhih informasiyalara əsaslanır: "Bu yaxınlarda Avropa İttifaqının Bakı təmsilçisi Britaniya səfirliyində bir neçə müxalifət lideriylə görüşüb. Diplomatlardan biri ya ehtiyatsızlıqdan, ya da bilərəkdən görüşdüyü şəxslərə deyib ki, Avropa İttifaqı seçkilərin nəticəsini tanımayacaq və parlamenti legitim saymayacaq. Həmin şəxslərdən biri bu informasiyanı dərhal Prezident Administrasiyasına çatdırıb. Novruz Məmmədovun bugünkü açıqlaması da həmin informasiyaya, eləcə də Avropadakı diplomatlarımızın son bir həftə ərzində Bakıya göndərdikləri hesabatlara əsaslanır. Qərb strukturları ilə yaxından əməkdaşlıq edən Milli Şuranın da seçkiləri boykot mövqeyi tutması hökumətdə böyük narahatçılıq yaradıb və bu qənaəti gücləndirib ki, Avropa ölkələri məqsədli şəkildə seçkilərin nəticəsini tanımayacaq".
Xatırladaq ki, Britaniya səfirliyində keçirilən görüşdə Müsavat Partiyasının başqanı Arif Hacılı, AXCP sədri Əli Kərimli və “REAL” Vətəndaş Hərəkatının İcra Katibi Natiq Cəfərli iştirak ediblər. Bu görüşdən sonra Müsavat Partiyası və ReAL seçkilərə qatılacaqlarını bildiriblər, AXCP (Milli Şura) isə seçkiləri boykot mövqeyi tutub.
скачать dle 12.1
Xəbər lenti