Məlumat üçün bildirək ki, bu ilin əvvəllərindən başlayaraq ölkədə artan siyasi fəallığın avanqardı olan müxalifətə qarşı hakimiyyət orqanları tərəfindən aramsız təqib və təzyiq kampaniyası aparılır.
Bu təqiblərin nəticəsi olaraq təkcə bu il ərzində yüzə yaxın müxalif düşüncəli insanlar həbsə atılıb ki, bunların da əksəriyyətini gənclər təşkil edir. Görünür, ölkədə müxalifətin siyasi fəallığının artması hakimiyyət orqanlarını ciddi narahat edir. Hakimiyyət orqanları hətta təqiblər üzündən ölkəni tərk etmiş müxalifətçilərin, o cümlədən ADP-çilərin ailə üzvlərini də rahat buraxmır.
Belə ki, verilən məlumata görə ADP-nin üzvü həmçinin "QaynarXəbər" ictimai-siyasi qəzetinin müxbiri, davamlı təqib və təzyiqlərə məruz qaldığına və həbs olunma təhlükəsi ilə üzləşdiyinə görə ölkəni tərk etmişdir.
Əliyev Rəsul yaşadığı mənzilə ötən həftələrdə naməlum şəxslər tərəfindən telefon açılaraq onun harada olması ilə maraqlanmışlar, Rəsul harada olması ilə bağlı məlumat ala bilməyən şəxs onun ailə üzvlərinə qarşı nalayiq ifadələr işlətmiş və təhdid etmişdir. Bu hadisədən bir neçə gün sonra martın 18 də isə bir necə nəfər mülki formalı şəxs Rəsulun yaşadığı mənzilə gələrək onun yenə də harada olmasını soruşmuşlar. Rəsulun ailə üzvləri onun harada olduğunu bilmədiyini bildirdikdə həmin şəxslər evdə qanunsuz axtarış aparmağa cəhd etmiş, buna etiraz edən Rəsulun ailə üzvləri təhdid edilmiş, təhqirlərə məruz qalmışdır. Həmin şəxslər Rəsulu tapacaqlarını və zorla da olsa, polisə aparacaqlarını bildirmişdirlər.
Xatırladaq ki Əliyev Rəsul - müxalifətin çoxsaylı etiraz aksiyalarının iştirakçısı, təşkilatçısıdır və "QaynarXəbər" ictimai-siyasi qəzetinin müxbiri vəzifəsində çalışır, ölkədə baş verən qanunsuzluqlari, özbaşınalıqları, haqsızlıqları, rüşvət və korrupsiya hallarını ciddi tənqid edən məqalələrlə də çıxış edib. O, həm siyası, həm də jurnalist fəaliyətinə görə davamlı olaraq naməlum şəxslər tərəfindən təqib və təhdidlərə üzləşmişdir.