Bakıda yeni tikilən bina ətrafında daha bir qalmaqal yaranıb.

11-01-2016, 16:46
0
Bakıda yeni tikilən bina ətrafında daha bir qalmaqal yaranıb.

Bakıda yeni tikilən bina ətrafında daha bir qalmaqal yaranıb.

Məsələ ondadır ki, bu bina da tikiləndə şəhərsalma qaydaları pozulub.

Təxminən 15 ildir Bakıda davam edən tikinti “bum”u bir tərəfdən əhalinin mənzilə olan tələbatını xeyli ödəyibsə, digər tərəfdən də əlavə problemlərə yol açıb.

Bakının müxtəlif yerlərində həm beynəlxalq standartların, həm də ölkə qanunvericiliyinin tələblərinə zidd olan xeyli sayda binalar tikilib.

Yeni tikilən binalar səbəbindən paytaxtın hava sirkulyasiyası pozulub, Bakının ətrafındakı “hava qapıları” bağlanıb. Hələ üstəlik, çoxlu qum qatı yaranıb və paytaxtda güclü külək əsdiyi zaman qum qatı havaya qalxaraq insanların səhhətinə mənfi təsir göstərir.

Həmçinin binaların çox sıx inşa edilməsi, təhlükəsizlik qaydalarının nəzərə alınmaması, əksəriyyətinin ətrafında məktəb, uşaq bağçası, idman meydançalarının yoxluğu, yolun mühafizə zolağının qorunmaması şəhər sakinləri üçün ciddi çətinliklər yaradır.

Azərbaycan Respublikasının Milli Məclis Aparatının İnzibati və hərbi qanunvericilik şöbəsinin müdir müavini Səyyad Kərimovun "QaynarXəbər" ın əməkdaşına bildiribki, tikilən binalar arasında hava məsafəsi mütləq olmalıdır:

“Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsində nəzərdə tutulub ki, şəhərdə binalar arasında ara məsafəsi tikilən binanın ümumi hündürlüyünün 0,6 hissəsi qədər olmalıdır. Yalnız sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün nəzərdə tutulmuş ərazilərdə və sənaye ərazilərində ara məsafəsi divar hündürlüyünün 0,25 hissəsi qədər nəzərdə tutulub.

Ara məsafəsi hər binaya münasibətdə həmin binanın yerləşdiyi torpaq sahəsinin öz üzərində olmalıdır. Əgər binanın yanında başqa bir bina tikilirsə, həmin binanın da bu binaya münasibətdə ara məsafəsi olmalıdır. Bu iki obyekt arasında ümumi ara məsafəsi divar hündürlüyünün 1,2 hissəsi qədər edir. Məsələn, əgər 10 metr hündürlüyü olan bir obyekt tikilirsə, bir binanın torpaq sahəsinin ara məsafəsi 6 metr olmalıdır. Cəm halında götürsək, bu iki obyektin arasında ara məsafəsi 12 metr olmalıdır”.

Qanunda yeni binaların hansı qayda ilə tikilməsi ətraflı təsbit edilib. Reallıqda bu qaydalar addımbaşı pozulur. Məsələ ondadır ki,  tikinti şirkətlərinin arxasında oliqaxlar və yüksək vəzifəli məmurlar durduğu üçün qanunları pozmaqdan qorxmurlar.

Elə Xətai rayonu, Fəzail Bayramov küçəsi, 14-cü həyətdə yaşayan 20 ailə uzun illərdir Bakının mərkəzində sanki əsir düşərgəsində yaşayırlar. Onlar  yaxınlıqda inşa edilən hündürmərtəbəli qöydələnlərin   girovuna çevriliblər.

 

Problemlə bağlı "QaynarXəbər" ın əməkdaşı Rəsul Əliyevə  məlumat verən sakinlər, bildiriblər ki, məhəlləmizin ətrafında hündürmərtəbəli binalar tikilib. Biz binəvaların havasını, işıqını kəsərək demokratik ölkəmizdə türmə şəraitində yaşamaqa məcbur edirlər. Neçə illərdir evlərimizin üstünə istifadəyə göydələnlərdən zir-zibillər müxtəlif kəsici-deşeci tullantılar atılaraq uşaqlarımızın və sakinlərin həyatına ciddi təhlükələr yaradır. Eyvanlardan evlərimizin damına söndürülməmiş atılan siqaret kötükləri dəfələrlə yanğın təhlükəsi yaradıb. Həmin şirkətin yerli nümayəndələrinə hər dəfə müraciət etdikdə isə, “gedin əlinizdən gələni edin ,sizi köçürə bilmərik” deyərək  başlarından edirlər.

Son zamanlar isə aşkar hədəyə keçiblər. Şikayət etmək istəyənlər şantaj edilir, şərləmə ilə  hədələnir.  Qeyri-rəsmi deyirlər ki, bu göydələnləri inşa edən şirkətlər əvvəl Eldar Mahmudovun olub. O vəzifədən çıxandan sonra şirkətlər Kərəm Həsənovun tabeçiliyinə keçib. Xətai rayon icra başçısı Razim Məmmədov hər iki nazirlə qarşılıqlı anlaşaraq bütün qanunları pozub. Məsələ ondadır ki, bizim məhəllənin yerində  bina tikmək istəyən diğər şirkətlər var. Ancaq onları da əraziyə buraxmırlar.

Ancaq tikintiləri aparan sahibkarlar  bina inşa etdikdə bu ərzidə yaşayan vətəndaşların hüquqların pozmamalıdırlar. Hər şey qanunla olmalıdır. Bizi isə Eldar Mahmudov, Kərəm Həsənov, Razim Məmmədov triosu  sanki girovluqda saxlayır. Xahiş edirik bizim problemə kömək ediz. Xətai rayonu Fəzail Bayramov 14 məhləsinin bütün sakinləri.

Mövzu ilə bağlı Xətai Rayon İcra Hakimiyyətinə zəng vursaq da qəzetimizə açıqlama verən tapılmadı. Qarşı tərəfin də mövqeyini öyrənib dərc etməyə hazırıq.

"QaynarXəbər" Rəsul Əliyev

скачать dle 12.1
Xəbər lenti