Xeyriyə fonduna verilən vəsait eləbil Akifin dədə mülküdür...

6-04-2015, 11:41
0
Xeyriyə fonduna verilən vəsait eləbil Akifin dədə mülküdür...

Ağcabədi Taxtakörpü Laçın rayonu qış yataqları, Qarakeçdi obalarında məskunlaşmış bir qrup sakinləri ilə "QaynarXəbər" ın əməkdaşı Rəsul Əliyev görüşərək onların problemləriilə yaxından tanış olmuş. Onlar vaxtilə polis rəisi işləmiş, hazırda isə İH başçısı olan 63 yaşlı polkovnik Səlimov Akif İsmayıl oğlunun rayonda etdiyi özbaşınalıqlardan şikayətçidirlər. Rayon sakinləinin sözlərinə görə, icra hakimindən Taxta Körpüdə mal-qara saxlayan, yataqlarda yaşayan əhaliyə etdiyi ədalətsizliklər, zülümlər haqqında mətbuata məlumat verdiklərinə və prezidentdən kömək istədikləri üçün mənəvi işkəncələrə məruz qalıblar: «Rayon İH başçısı Akif Səlimov əhalinin 5-10%-ni təşkil edən öz mafiya üzvlərini ildırım sürəti ilə səfərbər edib, bizi qorxutmağa, məhv etməyə, susdurmağa başlayıb. Bizə təzyiq edir, şər, böhtan atdırır, öz terorizm əlaltılarını öyrədib, bizə qarşı qoydurur, dava-dalaş etdirir , maşın və evlərimizi yoxlatdırır, işlədiyimiz idarə və təşkilatların rəhbərlərini çağırtdırıb, zor, siyasi güc tətbiq edib deyir ki, onların haqqında akt yazın, mənfi xasiyyətnamələr tərtib edin, böhtan atın elə sənədlər tərtib edin ki, onlar günahkardırlar. Axı biz sadə kəndlilər nəyin günahkarıyıq?»

Sakinlər "QaynarXəbər" ın əməkdaşı bildiriblərki, Akif Səlimov bura gələndən özünə fermalar tikdirib, min hektarlarla torpağı zəbt edib, özünə taxıl, yonca sahələri yaradıb, bir sözlə, rayonu tam özünə tabe edib: «Laçın rayonunda 2010-cu ildə xalqın könüllü seçdiyi deputatımızı öz şəxsi mənafeyinə görə rayona buraxmır. Səbəbi xalqı hökümətdən narazı salmaqdır. Axı deputat bura gəlsə, xalq onunla görüşər, öz sözünü deyər. Yığıncaqlarda əhalinin gözünü qırmaq üçün deyir, şikayət edin, şikayət etməsəniz kişi deyilsiniz. Sonra Respublikada tanınan vəzifəli şəxslərin adını çəkib deyir, mən onlarla dostam, siz kimsiniz və nəsiniz?».

Laçın kənd sakinləri bildirirlər ki, İH-də əhalini qəbul edib, dərdini dinləyə bilən bir əməlli işçi yoxdur: «Rayonda olan bütün idarələri iflic edibdir. Hökümətlə əhalinin əlaqəsini tam kəsməyə çalışır. Bütün idarələrdə əmək haqlardan hər ay faiz alır. Gələndən bəri rayonda nə dövlət xeyrinə, nə də ki, əhali xeyrinə bir qəpiklik iş görməyib. İdarə müəssələrin məktəb binaları, xəstəxanalar, mədəniyyət evləri ya yoxdur, ya da bərbad vəziyyətdədir. Rayonuna ayrılan maliyə vəsaitləri Akifin şəxsi vəsaitidir. Rayonda verilən yardımlar, yanacaq, xeyriyə fonduna verilən vəsait Akifin dədə mülküdür. Akif gələndən bəri əkinçilik və heyvandarlıq ləğv edilib. İçməli sular, elektrik xəttləri, yaşayış evləri çürüyüb yox olub. Hökümətlə əhali arasında əlaqə kəsilib. Əhali xaricə bədnam qrumlara qoşulmaq istəyir. Vəziyyət pisdir. Kadr siyasəti tarimar edilib. Akif tutduğu xətt nəyin ki, icra başçısının xətti deyil, hətta düşmən erməni siyasətindən belə amansızdır…».

Mövzu ilə bağlı aidiyəti orqanlara zəng vursaq da qəzetimizə açıqlama verən tapılmadı. Qarşı tərəfin də mövqeyini öyrənib dərc etməyə hazırıq.

"QaynarXəbər" Rəsul Əliyev

скачать dle 12.1
Xəbər lenti