Azərbaycan diplomatı sığınacaq istədi

7-09-2015, 16:08
0
Azərbaycan diplomatı sığınacaq istədi

Azərbaycanın Avstraliyadakı səfirliyinin keçmiş əməkdaşı Anar Həsənovun siyasi sığınacaq aldığı haqda xəbər yayılıb.

“Virtualaz.org” saytının yazdığına görə, A.Həsənov bu ilin iyulunda ölkəyə qayıtmalı olduğu halda Azərbaycana hələ də gəlməyib. O, Avstraliyadan siyasi sığınacaq istəyib.

Azərbaycanın Avstraliyadakı səfirliyindən “Virtualaz.org”a bildiriblər ki, A.Həsənovun harada olması onlara məlum deyil. Səfirliyin əməkdaşı Araz Xasıyev isə A.Həsənovun siyasi sığınacaq verilməsi xahişi ilə Avstraliya hökumətinə müraciət etməsi faktını təsdiqləyib. Keçmiş diplomatın onunla birgə Kanberrada olan həyat yoldaşı da siyasi sığınacaq üçün müraciət edib.

скачать dle 12.1
Xəbər lenti