“Nardaran işi” mәhkәmәsi davam edir

3-08-2016, 17:03
0
“Nardaran işi” mәhkәmәsi davam edir

AXCP sәdrinin müavini Fuad Qәhrәmanlı, Müsәlman Birliyi Hәrәkatının sәdri Tale Bağırzadә vә daha 16 nәfәr üzәrindә qurulan “Nardaran işi” mәhkәmәsi davam edir.

Bu gün saat 11-dә başlayan prosesdә iştirak etmәk üçün mühakimә edilәnlәrin yaxınları ilә yanaşı, ölkәnin demokratik ictimaiyәtinin nümayәndәlәri, o cümlәdәn AXCP sәdri Әli Kәrimli, dipkorpusun tәmsilçilәri dә mәhkәmәyə gәlib. Polislәr әvvәlcә mühakimә olunanların qohumlarından kәnar şәxslәrin zala daxil olmasına maneçilik yaratsa da, sonradan toplaşanların etirazları qarşısında geri çәkilmәyә mәcbur olublar.

Hazırda müttәhimlәrin qohumlarının könnülü zaldan çıxmaqla yaratdıqları şәrait hesabına ölkәnin ictimai-siyasi xadimlәri vә dipkorpus nümayәndәlәri prosesi izlәmәk imkanı qazanıb. Eyni zamanda çox sayda insan mәhkәmә binasının qarşısında toplaşaraq, prosesin sonunu gözlәyir.

Proses davam edir.

 

 

скачать dle 12.1
Xəbər lenti