Məmməd İbrahimin atası rəhmət, bu rejim isə lənət qazandı
Dünya sürətlə dəyişsə də, hökumətlər demokratiyaya can atsa da, bizim hökumətimiz cəhalət sevdasından əl çəkmir. İnsanları şərləyərək həbs etmək, adamları yaxınları ilə şantaj etmək, hətta siyasi rəqiblərinin ən acı günündən də qisasçılıq məqsədiylə yararlanmaq, bizim hökumət üçün normadır.
Bu dəfə də “ənənə”ni pozmadılar. AXCP Rəyasət Heytənin üzvü, siyasi məhbus Məmməd İbrahimin atası dünyasını dəyişdi, amma Məmməd bəyin dəfn mərasimində iştirakına imkan verilmədi. Əslində, bu kimi hallarla bağlı qanunda istisnalar var və dəfələrl əolub ki, həbsdə olan şəxs doğmalarının dəfnində iştirak edib.
Amma Məmməd İbrahim kimi adamalr bu hökumətində nəzərində düşmən hesab edildiyi üçün, belə adamalrın acısından da qisas məqsdəiylə yararlanırlar. Məmməd İbrahim ölkədəki ədalətsizliyə etiraz edib, haqq uğrunda mübarizə aparıb, saxtakarlığa əl çalmayıb və buna görə də şərlənərək həbs edilib. Amma hökumət şərləməklə kifayətlənmək istəmir, vicdanlı insanlara daah ağır zərbə vurmaq üçün fürsət gözləyir.
Bir atanı ahıl yaşında övlad həsrətiylə sınağa çəkmək azmış kimi, bir övladı ata dəfnində iştirakdan da məhrum edirlər. Bütün bunlar heç bir insanlığa sığmır, mənəvi deqradasiyanın nəticəsidir. Erməni əsirə Azərbaycanda hər cür şərait yaradırlar, erməni əsirin üçüncü ölkəyə keçməsinə hər cür köməklik göstərirlər, amma ölkə vətəndaşı ilə düşmən kimi rəftar edirlər.
Əlbəttə ki, belə münasibətə görə hökumət nifrət və lənət qazanır. Bu xəbərlərin tirajlanması hökumətin hansı zehniyyətə sahib olduğunu, hansı dəyərlərə xidmət etdiyini bir daha təsdiqləyir.
Günahsız insanları şərləyərək həbs etməklə, bu insanlara işgəncə verməklə, onların doğmalarına ağır zərbə vurmuş olurlar. Ona görə də belə ölümlərdə hökumətin də məsuliyyəti var. İnsanların ömürlərindən oğurlamaq, bu hökumətin sevimli peşəsidir. Məmməd İbrahimin atasının sinəsinə də oğul dağını bu hökumət çəkmişdi, indi də oğulu atanı son mənzilə yola salmaqdan məhrum edirlər. Uzun illərdi ölkəni belə hikkəylə, qisas hissiylə, qeyri-insani davranışlarla idarə edirlər və nəticəsi göz qabağındadır.
Onsuz da heç bir pis əməl qarşılıqsız qalmır. Bu gün minlərlə insan Məmməd İbrahim atasına rəhmət oxuyur. Bu cılızlığı edənlər isə diriykən lənət qazanırlar, dünyalarını dəyişəndə isə rəhmət apara bilməyəcəklər.
Bu ölkəyə ən pis ənənələri bu rejim gətirdi. Məhz bu ənənləri məhv etmək üçün, dəyərlərin dəyərsizləşdirilməsini durdurmaq üçün bu rejimi yola salmaq lazımdır.