Milli Şuranın “Monarxiyaya yox! Talana son!” mitinqi başladı YENİLƏNİR

17-09-2016, 15:56
0
Milli Şuranın “Monarxiyaya yox! Talana son!” mitinqi başladı YENİLƏNİR

Aparıcı çıxış üçün sözü AXCP sədri Əli Kərimliyə verdi: “Ey təbiətin şıltaqlığına, bağlı yollara baxmayaraq bütün maneələri aşa bilən Azərbaycanın mərd oğulları Sizə eşq olsun salamlayıram. 11 sentyabrda nümayiş etdirdiyiniz izdihamla bu hakimiyyəti necə qorxutmusunuzsa tam 6 gündür ki, mitinqə qarşı olmazın üsullarından istifadə edib kampaniya aparırlar. Dünənə qədər deyirdilər ki, bu ölkədə müxalifət yoxdur. Amma bu gün qorxularından Bakıya gələn bütün yolları bağlayıblar”.

“Mitinq iştirakçılarının İlham Əliyevə mesajı var”

Ə.Kərimli bildirdi ki, mitinqin təşkilatçıları olan AXCP-nin 51 funksionerini həbs ediblər: “Biz bu həbslər barədə məlumat verib Sizi narahat etmədik. Həbslər davam etdikcə, yollar bağlandıqca, yağış yağdıqca belə təkliflər gəlirdi ki, bəlkə mitinqi təxirə salaq. Azadlığı o millət haqq edir ki, həmin həbslərə gülə-gülə gedir. Əziz dostlar biz yağıça, qara, soyuğa qalib gəlməyi öyrənməsək necə bu zülmkarlara qalib gəlməyi öyrənəcəyik. Biz 88-ci ildə noyabr gecələrinin birində çox ciddi şaxtalı bir gecə oldu. Həmin zaman insanlar meydanı yavaş-yavaş tərk etməyə başladılar. O zaman biz gənclər qurşaqdan yuxarı soyunub “biz ölərik meydanı tərk etmərik” şüarını səsləndirdik. O zman meydanı tərk edənlər də geri döndü. Biz ilk növbədə bunlara qalib gəlməliyik”.

mitinq-17-sentyabr

Ə.Kərimli bildir dki, bu korrupsionerlər indi, 23 illik sülalə hakimiyyətlərini qanuniləşdirmək istəyirlər: “Bura toplaşanların İlham Əliyevə mesajı var. Biz Konstitusiyanın onun və ailəsi üçün dəyişdirilməsinə “yox” deyirik. Biz bu Konstitusiya dəyişikliklərini millət olaraq özümüzə həqarət sayırıq. Hansı xalqa çıxıb demək olar ki, gəlin səsverməyə sizin mülkiyyət hüququnuzu əlinizdən alacağıq, dəyişilikləri Konstitusiyaya daxil edin sonra Sizin hökumət seçmək hüququnuz olmasın. Hansı lider öz xalqına bunu rəva görər. Ona görə biz bu dəyişikliklərə “yox” deyirik. Bundan sonra xalqın pullarını oşorlara çıxarmağa imkan verilməyəcək. Bu ölkədə dəyişiklilər olmazsa olmazdır. Qətiyyən şübhəm yoxdur ki, başlamış bu proses qələbə ilə yekunlaşacaq. Çünki qanun, haqq bizim tərəfimizdədir. Qələbə də bu millətlə olacaq. Eşq olsun Sizlərə”.

***

Milli Şura rəhbərliyi artıq tribunada öz yerini alıb. Mitinqin aparıcısı AXCP Rəyasət Heyətinin üzvü İlham Hüseyndir. Mitinq dövlət himnini səsləndirilməsi ilə açıq elan edildi. “Düz altı gündən sonra yenidən bu meydanda toplaşdıq ki, “talana yox”, “monarxiyaya yox” deyək. Bizdən soruşurlar ki, niyə məhz “Məhsul” meydanında aksiya keçirirsiniz. Biz bu kiçik ərazidən vətən boyda əraziyə xtab edirik. Bütün vətəndaşlarımıza azadlıq tələb edirik. Bu Məhsul stadionu futbol meydançası ola bilər. Əsas odur ki, biz bura zülmün apısına qol vurmağa yığışmışıq”.

***

Milli Şuranın “Monarxiyaya yox! Talana son!” mitinqi bir neçə dəqiqədir ki, başlayıb. Mitinqlə bağlı yeni məlumatlar ən üstdə olacaq.

***

Bu gün Milli Şuranın Konstitusiya dəyişiklikləri haqda referenduma və ölkədə sosial-iqtisadi vəziyyətin ağırlaşmasına qarşı növbəti etiraz mitinqi keçiriləcək. Mitinq Bakının Yasamal rayonundakı “Məhsul” stadionunda (“İnşaatçılar” metrostansiyasının yanı) olacaq. Aksiya saat 15.00-dan 17.00-a qədər elan olunub. Mitinqin əsas şüarı “Monarxiyaya yox! Talana son!”dur.

Mitinqin deyilən vaxtda və ünvanda keçirilməsi üçün Bakı Şəhər İcra Hakimiyyətinin razılığı var və Bakı polisi aksiyanın təhlükəsizliyini təmin edəcək.

скачать dle 12.1
Xəbər lenti