Culian Assanc Amerikanın daha bir üzünü açdı - VİDEO

9-09-2015, 18:15
0
Culian Assanc Amerikanın daha bir üzünü açdı - VİDEO
Wikileaks qurucusu Culian Assanc ABŞ-ın dünya miqyasında bir sıra münaqişədə oynadığı rolu izah edən yeni kitabını nəşr etdirib. 
 
RT televiziyasının "Going Underground" proqramına qatılan yazıçı "The Wikileaks Files" adlı kitabının dünyanın bir çox ölkəsində dövlət çevrilişlərinin necə başladıldığını görməyə imkan verən mühüm sənədləri ifşa etdiyini söyləyib.
 
Culian Assancın "The Wikileaks Files" adlı kitabı dünən İngiltərə və Avstraliyada çapdan çıxıb. Kitab ABŞ-ın Yaxın Şərqdəki siyasətinə dair diplomatik sənədlərin təhlilindən bəhs edir.
 
Assanc iddialarına dəlil olaraq konkret sənədləri göstərərək, "Nəşr etdiyimiz ən mühüm sənədlərdən biri hərbi planlarla bağlı elektron poçt yazışmalarıdır. Yazışma müxtəlif ölkələrdə hökumətləri devirmək planlarını özündə əks etdirir. Bu ssenariyə görə, Əfqanıstan və Nikaraquada çevrilişlər edilmişdi", - deyib.
 
Wikileaks qurucusu, "Suriyaya dair məlumat 2006-cı ilə aiddir. Dəməşqdəki ABŞ səfiri, Bəşər Əsəd hökumətinin devrilməsi planlarının necə müzakirə edildiyini bildirir. Plana əsasən hökumət üzvləri arasında paranoik qorxu toxumları əkiləcəkdi və şiələrlə sünnilər qarşı-qarşıya gətiriləcəkdi" şəklində danışıb.
 
ABŞ imperatorluğunun klassik mənada bir imperiya olmadığını deyən Assanc, "Amerikanın "imperatorluq" adlandırılmasının çox düzgün bir dəyərləndirmə olduğunu düşünürəm. Əlbəttə, ənənəvi mənada bir imperiya deyil. Amerika imperiyası Romaya bənzəmir. Britaniya imperiyasına oxşar tərəfləri var, amma yenə də fərqli bir şeydir. Müasir bir imperiyadır. Əlbəttə, müasir imperiya qədim imperiyalar kimi ola bilməz" söyləyib.
 
Amerika imperatorluğunun dünyaya hərbi bazalar sayəsində yayıldığını qeyd edən müəllif, "Dünya miqyasında 120-dən çox ölkədə 1400-dən artıq Amerika hərbi bazası var. Bundan başqa, Amerika həm də ticari bir imperiyadır. Amerika bütün bu mexanizmləri - səfirliklərini, hərbi bazalarını, BMT və BVF kimi təşkilatlardakı üzvlüyünü - böyük Amerika şirkətlər üçün əlverişli müqavilələr əldə etmək üçün istifadə edir. Diqqət edin, bu adi amerikalılar üçün edilmir. Yəni Amerika maraqlarından söhbət açılanda, sadə insanlar deyil, hakimiyyətə yaxın şirkətlər nəzərdə tutulur. Amerika diplomatlarının fəaliyyətlərinin də bu şirkətlərin maraqlarına xidmət etdiyini söyləyə bilərik", - deyib. 
скачать dle 12.1
Xəbər lenti