Akif Çovdarov açıqlamaları ilə hakimiyyətə hansı mesajaları verib?

27-10-2016, 00:20
0
Akif Çovdarov açıqlamaları ilə hakimiyyətə hansı mesajaları verib?

Ləğv edilmiş Milli Təhlükəsizlik Hazirliyinin (MTH) həbsdə olan generalı Akif Çovdarovun Anti Terror Mərkəzinin rəis müavini İlqar Əliyevin ölümü ilə bağlı verdiyi açıqlama gündəmin əsas mövzusudur.

Qeyd edək ki, Akif Çovdarovun vəkili Kamandar Həsibov dünən keçirdiyi mətbuat konfransında generala istinadən deyib ki, İlqar Əliyev intihar etməyib, öldürülüb. “Akif Çovdarov dünən bizimlə görüşdü. Getdik rəisin yanına. Akif Çovdarov rəisə dedi ki, İlqar Əliyevi döyüb, sonra asıb öldürmüsünüz, o biri təqsirləndirilən şəxs Orxan Osmanovu döyüb, yalandan ifadə almısınız. İlqarı necə döyüb, öldürüb, sonra asıblar, hamısı dəqiqdir. Akif də deyir ki, mən bunlara etiraz olaraq özümü aclıq edib öldürəcəyəm. Eldar Mahmudova qarşı İlqar Əliyevdən ifadə almaq istəyiblər. Orxan Osmanovdan isə Akif Çovdarova qarşı ifadə almaq istəyiblər”.

Vəkilin bu açıqlaması Akif Çovdarovun hakimiyyətə mesajı kimi dəyərləndirilə bilər. Onun dediklərinin nə dərəcədə doğru olduğunu söyləmək çətindir. Amma hər halda Akif Çovdarov hətta istintaq təcridxanasında baş verənlərdən də məlumatlı olduğunu diqqətə çatdırır. Bu həm də təcridxanada baş verən digər olayların ictimailəşə biləcəyi barədə xəbərdarlıq kimi qiymətləndirilə bilər. Bundan başqa Akif Çovdarov özünün də öldürüləcəyindən ehtiyat edir. Ona görə də İlqar Əliyevlə bağlı olayı gündəmə gətirməklə özünü sığortalayır.

Eldar Mahmudovun indiyə qədər dindirilmədiyi barədə generalın verdiyi mesaj da maraqlıdır. Bu günə qədər belə iddialar var idi ki, Eldar Mahmudov həbs olunmasa da, bir neçə dəfə dindirilib. Hətta onun bütün məsuliyyəti işçilərinin üzərinə atdığı qeyd olunurdu. Amma Akif Çovdarov bəyan edir ki, keçmiş MTH şefi indiyə qədər dindirilməyib. Hiyə? Güman ki, Akif Çovdarovun bu sualın cavabını bildiyini diqqətə çatdırmaq üçün Eldar Mahmudovun dindirilmədiyini açıqlayır. Mümkündür ki, gələcəkdə keçmiş rəhbərinin niyə dindirilmədiyinin səbəbini də ictimailəşdirsin.

скачать dle 12.1
Xəbər lenti