AXCP fəalı həbs edilib

7-11-2016, 17:21
0
AXCP fəalı həbs edilib

Vüsal Zeynalov polisə müqavimətdə ittiham olunur

 

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Sumqayıt şöbəsinin fəalı Vüsal Zeynalov Ağstafa rayonda saxlanılıb. Fəal Ağstafa rayonunda qeydiyyatdadır və orada olarkən saxlanılıb. Bu barədə AXCP sədrinin müavini Gözəl Bayramlı Amerikanın Səsinə bildirib.

Onun sözlərinə görə, V.Zeynalov polisə müqavimət ittihamı əsasında Ağstafa rayon Məhkəməsinin qərarı inzibati qaydada 20 sutka həbs edilib.

AXCP Vüsal Zeynalovun həbsinin sosial şbəkələrdə tənqidi statusları ilə bağlı olduğunu güman edir.

Öz növbəsində, fəalın saxlanılması ilə bağlı rəsmi qurumlar hələ açıqlama verməyib.

скачать dle 12.1
Xəbər lenti